Ceyhun Bayramov: "Qarabağdakı ermənilərin blokadaya alınması iddiaları həqiqəti əks etdirmir"
"Biz bugünkü görüşdə olduqca ətraflı müzakirələr apardıq və məhsuldar görüş keçirdik".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
C.Bayramov xatırladıb ki, bu il Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur:
"Bu ilin yekunlarına dair genişspektrli, çoxşaxəli söhbətlər etdik. Ölkələrimiz arasında imzalanan sənədlər yüksək səviyyədə tərtib edilib. Bu gün həmçinin Şimal-Cənub layihəsi barədə söhbətlər apardıq. Bura ilk növbədə nəqliyyat, dəmir yolu xəttinin çəkilməsi daxildir. Həmçinin, bu layihənin imkanlarının genişləndirilməsi, elektrik enerjisinin ötürülməsi və humanitar mövzularda söhbətlər apardıq", - XİN rəhbəri əlavə edib.
Ceyhun Bayramov fikrinin davamında qeyd edib ki, Ermənistan tərəfi Moskvada planlaşdırılan görüşdən az əvvəl Bakıya yeni təkliflər paketi təqdim edib:
"Amma biz Ermənistana bir ay bundan öncə təkliflər göndərmişdik. Ermənistan tərəfi təklifləri təqdim etdikdən sonra bəyan etdi ki, guya Azərbaycan görüşdən imtina edir və bununla da dezinformasiya yayaraq yanlış ictimai fikir yaratmağa çalışdı".
Azərbaycanın xarici işlər naziri Ermənistan tərəfinin guya Qarabağda yaşayan erməni əhalinin azərbaycanlılar tərəfindən blokadaya alınması ilə bağlı dünya ictimaiyyətinə təqdim edilən xəbərlərin həqiqəti əks etdirmədiyini söyləyib:
"Blokada ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Dinc etiraz aksiyası keçirən ekofəallar öz tələblərini dəqiqliklə ifadə ediblər. Belə ki, onlar ekoloji terrora qarşı olduqlarını bəyan ediblər".
XİN rəhbəri vurğulayıb ki, təcili tibbi yardım maşınları, Rusiya sülhməramlı kontingentinin maşınları, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb