Dekabrın ən soyuq günü açıqlandı

Dekabrın ən soyuq günü açıqlandı"Ölkə ərazisində qış fəslinə uyğun sinoptik proseslərlə əlaqədar dekabr ayında əsasən tutqun, buludlu, soyuq hava şəraiti üstünlük təşkil edib. Ayrı-ayrı günlərdə hava qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi ərazilərdə qar yağıb".

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında temperatur iqlim norması ilə müqayisədə iki gün norma daxilində, doqquz gün normadan aşağı (4.7 dərəcəyədək), on yeddi gün isə normadan yüksək (4.4 dərəcəyədək) olub. Ay ərzində Bakıda və Abşeron yarımadasında ən soyuq gün dekabrın 5-də qeydə alınıb, havanın minimal temperaturu 2 dərəcəyədək isti olub.

A.Verdiyev onu da bildirib ki, son illərin müşahidə məlumatlarına əsasən Bakıda və Abşeron yarımadasında dekabr ayında havanın maksimal temperaturu 2021-ci ildə 26 dərəcə isti, minimal temperatur isə 2016-cı ildə 4.2 dərəcə şaxta, qar örtüyünün maksimal hündürlüyü 7-10 sm təşkil edib. Son illər ərzində Bakıda və Abşeron yarımadasında qar 2015-ci ildə dekabrın 31-də, 2016-ci ildə isə yanvarın 1-2-də yağıb.

Xidmət rəsmisinin sözlərinə görə, ayrı-ayrı günlərdə dağlıq ərazilərdə qar yağıb, qar örtüyünün maksimal hündürlüyü dekabrın 4-də İsmayıllıda 18 sm olub, havanın minimal temperaturu dekabrın 5-də Şahdağda 17 dərəcəyədək şaxta qeydə alınıb. Son illərdə qar örtüyünün maksimal hündürlüyü 2016-cı ilin dekabr ayında Böyük Qafqazın yüksək dağlıq ərazilərində 60 sm-ə çatıb.

Dekabr ayında Bakıda və Abşeron yarımadasında mülayim cənub küləkləri üstünlük təşkil edib. Lakin ayrı-ayrı vaxtlarda arabir güclənən şimal-qərb küləkləri müşahidə edilib. Şimal-qərb küləyinin maksimal sürəti dekabrın 20-də 32 m/s-dək güclənib, dalğanın hündürlüyü 4.7 m təşkil edib. Ümumilikdə sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı isə 5 gün olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2191   Tarix: 29 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabirabadda Kür çayı məcrasından çıxdı

Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub. "Report"un məlumatına görə, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub. Nəticədə Kür və Araz çaylarının qovuşduğu əraz

1 may
.

"Ən böyük arzum prokuror olmaqdır" - Maksimal bal toplayan Səma

"Repetitor yanına getmək kifayət deyil, eyni zamanda davamlı məktəbə gedib dərsləri yaxşı oxumaq lazımdır". Bu sözləri Bizim.Media-ya açıqlamasında 9-cu sinif şagirdlərinin buraxılış imtahanında maksimum bal toplayan Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdi Səma Dünyamin qızı Hətəml

2 may
.

Küləklə bağlı - Xəbərdarlıq

Mayın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Quba, Qusar, Xaçmaz

1 may
.

Şəkidə canavarlar qoyun-quzunu parçaladı (FOTO)

Şəki rayonunun ucqar Qozlubulaq kəndində canavarların təsərrüfatlara hücumu nəticəsində 30 başa yaxın qoyun-quzu tələf olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hücum kənd sakini Orxan Babayevə məxsus təsərrüfat da daxil olmaqla bir neçə sakinin mal-qarasına ciddi ziyan vurub. İlkin məlumata görə, yırtıcıla

2 may
.

Bayrağa hörmətsizlik edən şəxslə bağlı araşdırma başladı - Video

Sosial şəbəkələrdə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, aprelin 29-da çəkilən görüntülərdə həmin şəxsi görən vətəndaşlar ona irad tutublar. Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağ

1 may
.

Bir qəpik də ödəmədən 1170 sot torpaq aldı

İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü "kral" elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib. -a istinadla xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində "sahibsiz" kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikd

1 may
.

Toy karvanları quranlara XƏBƏRDARLIQ

"Toy karvanları"nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu

1 may
.

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Prezident İlham Əliyevin qızları - Leyla, Arzu Əliyevalar və gəlini Alena Əliyeva Buta İncəsənət Məktəbini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Alena Əliyeva paylaşım edib. Onlar məktəbdəki əsərlərə baxış keçiriblər. Sözügedən fotoları təqdim edirik:

2 may
.

İşsizlik insan psixologiyasına necə təsir edir? - AÇIQLAMA

İşsizlik təkcə iqtisadi problem deyil, eyni zamanda insanın psixoloji durumuna və özünü dərk etmə tərzinə birbaşa təsir edən ciddi sosial-psixoloji vəziyyətdir. İnsan gündəlik həyatında rolunu, məqsədini və sosial dəyərini çox zaman işi vasitəsilə formalaşdırır. Bəs görəsən işsizlik insan psixologiyasın

1 may