Vasif Talıbovun şirkəti CƏZALANDIRILDI
Valyuta tənzimi qaydalarının pozulmasına görə, "Gəmiqaya şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 8 protokol tərtib edilib.
APA xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi üzrə təqsirli bilinir.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Protokollar baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, "Gəmiqaya şirkəti" MMC Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsusdur. Onun oğlu Rza Talıbov uzun müddət "Gəmiqaya" Holdinqin prezidenti olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2642 Tarix: 05 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını
12 oktyabrAZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktor
13 oktyabr"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13 oktyabr"Roşka" ləqəbli tiktokerə hökm oxundu
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano
13 oktyabrBakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12 oktyabr