Aqil Abbas: "Talıbovun Röyaya "verdiyi" villanı gördüm"
"Vasif Talıbovla bağlı son günlər yayılan əksər xəbərlər şayiədir. Deyirlər, Talıbovun oğlu müğənniyə 8 milyonluq villa bağışlayıb. Mən o villanın şəklini gördüm, qiyməti heç bir milyon manat da olmaz. Talıbovlar bir müğənniyə niyə 8 milyonluq villa bağışlasın axı?!"
Sonxeber.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Aqil Abbas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladlarının bəzi xanım müğənnilərə bahalı hədiyyələr verməsi iddiaları haqda danışarkən deyib.
O, belə bir şeyin baş verməsinə inanmadığını bildirib:
"Düzdür, imkanlı şəxslər müğənnilərə hansısa məqsədlə villa, avtomobil və digər bahalı hədiyyələr bağışlayırlar, amma hazırda Vasif Talıbovla bağlı xəbərlər çox şişirdilir. Talıbov burada, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) burada! Dövlət araşdırıb üzə çıxaracaq ki, o, kiməsə ev bağışlayıb, ya yox. Hər şey araşdırmalar zamanı bəlli olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?