Bakı Beynəlxalq Avtovağzal Kompleksindən kəskin hava şəraiti ilə əlaqədar sürücülərə TAPŞIRIQ
Aidiyyəti qurumlar fəaliyyət sahələri ilə bağlı öhdəlikləri çərçivəsində kəskin hava şəraitinin müşahidə ediləcəyi günlər üçün görülən və görüləcək qabaqlayıcı tədbirlər barədə son məlumatları ictimailəşdirirlər.
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə də sorğu ünvanladıq.
Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, qarlı və şaxtalı hava şəraitində şəhər və rayonlararası müntəzəm sərnişindaşımada sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə qurum tərəfindən noyabr ayında daşıyıcı və sürücülərlə görüş keçirilib, qış fəslində hərəkətin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib:
"Görüşdə yollarda qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının olması diqqətə çatdırılıb, qəzaların baş verməməsi üçün nəqliyyat vasitələrinin şinlərini mövsümə uyğun sazlamaq, meteoroloji hava şəraitinə uyğun sürət həddi seçmək, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının və havalandırma sisteminin işlək vəziyyətdə olmasını yoxlamaq, həmçinin zərurət olmadan kəskin tormozlama hərəkətləri etməmək tövsiyə olunub".
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dekabrın 8-dən hava şəraiti dəyişəcək. Bəzi yerlərdə 15 dərəcəyədək şaxta müşahidə ediləcək./Oxu
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?