"Suni şəkildə qiymətləri artıraraq vətəndaşların cibinə girənlər sərt şəkildə cəzalandırılmalıdır" - DEPUTAT
"Suni şəkildə bazarlarda qiymətləri artıranlar qanun çərçivəsində cəzalandırılmalıdır".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, cənab prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı müvafiq sərəncamı ilə Azərbaycanda minimal əmək haqqı 345, pensiya isə 280 manata qaldırıldı:
"Bu gün dövlətimizin əsas məqsədi insanlarımızın sosial durumunun yaxşılaşdırılmasıdır. Bunun üçün də son 4 ildə sosial sahədə islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, pensiya isə 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Cənab prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Məhz buna görə də ölkə başçısı tərəfindən əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atılır".
Deputat vurğulayıb ki, təəssüf ki, pensiya və maaşlar artan kimi bəzi işbazlar bazarlarda qiymətləri süni şəkildə artırır:
"Əlbəttə ki, qiymət artımı hər kəs kimi məni də narahat edir. Hər gün qiymətlərin süni şəkildə artırılması haqlı olaraq vətəndaşların narazılığına səbəb olur. Düşünürəm ki, müvafiq qurumlar suni qiymət artımı ilə bağlı mübarizəni artırmalı, vətəndaşların cibinə girənlər sərt şəkildə cəzalandırılmalıdır. Bu yola həm də biz dövlətimizin vətəndaşlarımızın sosial durumunun yaxşılaşdırılması istiqamətində atdığı addımlara dəstək olmuş olarıq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1509 Tarix: 11 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrSabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz
12 oktyabrBir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
13 oktyabr"Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
13 oktyabrSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12 oktyabr