Parklarda gecələyən azərbaycanlı aktrisa: "Ərim rəfiqəmlə mənə xəyanət etdi" - VİDEO
"Bütün həyatım gözümün önündədir. Atam müharibədə yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim".
Bu sözləri beş il əvvəl "Tərəqqi" medalına layiq görülən aktrisa Sona Babayeva ATV-yə müsahibəsi zamanı deyib.
81 yaşlı sənətkar gənclik illərinə qayıdaraq, yaşadığı acı həyatından bəhs edib. Sona xanım bildirib ki, o altı ay oturacaqda gecələyib:
"Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin oturacaqda büzüşüb orada yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım".
S.Babayeba həyat yoldaşının ona aktrisa rəfiqəsi ilə xəyanət etdiyini dilə gətirib:
"Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin o, naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq o, mənə xəyanət etdi. Ondan sonra dedim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə, ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum".
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3454 Tarix: 10 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrSabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz
12 oktyabrBir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
13 oktyabr"Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
13 oktyabrSabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib
Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın
12 oktyabr