Hava XƏBƏRDARLIĞI: Yanvarın 13-dən...
"Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bir qədər də yüksələrək gündüz 3-5 dərəcə isti olacaq".
Sonxeber.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O xatırladıb ki, Bakıda və Abşeron yarımadasında bu gün axşama doğru qarın tədricən kəsiləcəyi gözlənilir:
"Sabah gün ərzində hava əsasən yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək, havanın temperaturu gündüz 1-3 dərəcə isti olacaq. Rayonlara gəldikdə, bölgələrdə də yanvarın 12-dən başlayaraq qərb rayonlarında yağıntılar tədricən kəsiləcək".
A.Verdiyev vurğulayıb ki, yanvarın 14-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Havanın temperaturu yanvarın 12-si gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta olacaq. Ayın 13-14-də isə rayonlarda gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 5-10 dərəcə şaxta olacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5481 Tarix: 11 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktor
13 oktyabr"Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
13 oktyabrBakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12 oktyabrScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
12 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabr