Ayaqyolu problemini gündəmə gətirən müəllim: "Məsələ həll olunmasa, yeni video çəkəcəyəm" - FOTO/VİDEO

Ayaqyolu problemini gündəmə gətirən müəllim: "Məsələ həll olunmasa, yeni video çəkəcəyəm" - FOTO/VİDEOBir neçə gün əvvəl İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbdə dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızı yeni video paylaşıb.

O, paylaşdığı videoda ağlayıb və hər kəsdən onu pisləməyi xahiş edib.

Buna səbəb müəllimin kollektivi tərəfindən incidilməsi olub.

Məsələ barədə Leyla Nəcəfquliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, artıq Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi onunla görüşüb:

"Nümayəndə məktəbin pedaqoji, texniki heyəti ilə iclas keçirdi və bildirdi ki, artıq kimsə Leyla müəlliməni incitməsin. Söz verildi ki, daha bu hal olmayacaq. Direktor mənə heç bir təzyiq etməyib. Sadəcə sözün düzünü dediyim üçün kollektivdə istənilmirəm. Mən işimi, təhsil verdiyim uşaqları sevdiyim üçün burada qalıb dərs deyirəm. Bakı şəhərində doğulub yaşamışam və 2007-ci ildən burada təyinatla çalışıram".

O qeyd edib ki, idarə tərəfindən bu həftənin sonuna kimi sanitar qovşağın istifadəyə veriləcəyi deyilib:

"Hələ ki heç bir təmir işinə başlanılmayıb. Həftəsonuna kimi sanitar qovşaq olmasa, yenidən bu problemlə bağlı video çəkib ictimailəşdirəcəyəm. Uşaqlara söz vermişəm ki, əvvəl sanitar qovşaq, sonra məktəbimizlə bağlı problemlərin həllinə çalışacağam. Bizə 2023-cü ildə yeni məktəbin də olacağı deyilib".

Ayaqyolu problemini gündəmə gətirən müəllim: "Məsələ həll olunmasa, yeni video çəkəcəyəm" - FOTO/VİDEOL.Nəcəfquliyeva töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib:

"Mən 2022-ci ilin dekabr ayında bu videonu çəkib məktəbi tərk etdiyim üçün töhmət almışam və 40 manat maaşımdan kəsilib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, yayılan görüntülərlə bağlı məsələ qurumun diqqətindədir:

"Aidiyyəti qurumlarla birlikdə məsələ araşdırılır".

Qeyd edək ki, ayaqyolu problemi ilə bağlı sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım etsə də, Mil-Muğan Regional Təhsil İdarəsi bunu inkar edib. Bildirilib ki, L.Nəcəfquliyevaa 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlmədiyi üçün töhmət alıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1236   Tarix: 11 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azər Əliyev Hacı Əliyevin ad günündə - Fotolar

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevin 35 yaşı münasibətilə keçirdiyi məclisə qatılıb. Axşam.az xəbər verir ki, məclisdən fotoları H.Əliyev sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Azər Əliyev Prezident İlham Əliyevin bacısı Sevi

1 may
.

Bu ərazidə qazlar kəsiləcək

Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. "Azəriqaz" İB Sumqayıt QİS-dən -a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq

30 aprel
.

Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI

Barselona Universitetinin alimləri Qahirə yaxınlığında tapılan Qədim Roma dövrünə aid mumyanın qarnından Homerin "İliada" əsərinin "Gəmi kataloqu" hissəsindən parçalar çıxdığını bildiriblər. xəbər verir ki, bu tarixdə bir ilkdir: Mumiyanın qarnından dini mətnlər əvəzinə, ədəbi əsərdə

1 may
.

Hit.az 6 yaşında!

Bu gün Azərbaycan media məkanında özünəməxsus yeri olan saytının yarandığı gündür. 6 yaşını qeyd edən sayt 1 may 2020-ci il tarixindən etibarən Azərbaycanın media məkanında fəaliyyətə başlamış müstəqil informasiya platformasıdır. Yarandığı qısa müddət ərzində onlayn media sahəsində özünəxas yer tuta

1 may
.

Maddi çətinliklər insanların psixoloji və sosial davranışına necə təsir edir? - AÇIQLAMA

Maddi çətinliklər təkcə insanların gündəlik yaşayış səviyyəsinə deyil, həm də onların psixoloji vəziyyətinə, ailədaxili münasibətlərinə və cəmiyyət içində davranışlarına ciddi təsir göstərən amillərdəndir. Gəlir azlığı, işsizlik, borc yükü və sosial təminatsızlıq insanlarda stress yaradır, emosiona

1 may
.

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında mayın 1-də müşahidə ediləcək vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, mayın 1-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

30 aprel
.

Müdirlər həmin işçilərə eyni maaşı verməli olacaq

Azərbaycanda maaşın ödənilməsi ilə bağlı yeni qayda müəyyən edilir. xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirə

1 may
.

Xəstəxanadakı partlayışda ağır yaralanan həkimin FOTOsu

Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzində bu gün partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. xəbər verir ki, rentgen MRT zonasında mərkəzin həkim-radioloqu Asif Nəsirli ağır bədən xəsarətləri alıb. Müayinədə olan xəstə isə yerində vəfat edib. O, təcili olaraq xəstəxanaya hospitalizasiy

30 aprel
.

Bakıda məşhur restoranın qazı kəsildi - Külli miqdarda borca görə...

Bakı şəhəri, Nərimanov Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Neşve Cafe-Restaurant"a qaz təminatı dayandırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb isə restoranın "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın İstismarı İdarəsinə külli miqdard

1 may