"Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən "Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı üzrə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən "Genderə həssas məktəblərin təşviqi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında 26 yanvar 2023-cü il tarixində "Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransda genderyönümlü pedaqogika sahəsində beynəlxalq təcrübəni öyrənmək, aidiyyəti qurumların və mütəxəssislərin iştirakı ilə əməkdaşlıq platforması yaratmaq, genderyönümlü pedaqogika üzrə məzmunu pedaqoji kadr hazırlayan ali və orta təhsil müəssisələrində ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya etmək və genderyönümlü təhsil mühitinin inkişafını təşviq etmək məqsədilə məruzələr dinləniləcək və iştirakçıların sualları cavablandırılacaq.
Orta məktəb müəllimləri, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulan konfransda iştirak etmək istəyənlər 22.01.2023-cü il tarixinədək https://greskonfrans.az/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən şəxslərə konfransa "Zoom" platforması üzərindən onlayn qoşulmaq üçün məlumat (link) göndəriləcəkdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 672 Tarix: 17 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Qırmızı xətt üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, "Koroğlu" stansiyasınd
13 oktyabrDTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla
12 oktyabr"Roşka" ləqəbli tiktokerə hökm oxundu
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano
13 oktyabrMəktəb direktorunun maşınını yandıran həbs edildi - Video
Dünən paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimo
13 oktyabr"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13 oktyabrİlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13 oktyabr