Deputat: "Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər"
"Bələdiyyə sədrləri özlərini ağa kimi aparır, vətəndaşa, sahibkara dəstək vermirlər".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
Onun sözlərinə görə, bələdiyyələrlə bağlı onlara çoxsaylı müraciətlər var: "Bələdiyyə sədrləri qanunvericiliyi bilmir. Torpağın icarə haqqını 10 qat artırırlar. İcarədarlar da şikayət edirlər".
Deputat bildirib ki, bələdiyyə sədrləri vətəndaşdan nəsə umur: "Belə olanda bələdiyyələrin işi getməyəcək. Misal olaraq, təmsil etdiyim Ağcabədidə bələdiyyə 400 min manata yaxın torpaq vergisi yığa bilər. Amma bunu edə bilmir, hətta bələdiyyə üzvlərinə əməkhaqqı verə bilmir. Onların vətəndaşlarla heç bir münasibəti yoxdur. Belə olan halda vətəndaş bələdiyyəyə necə etimad göstərə bilər? Təbii ki, bu etimad olmayacaq. Bu, gündən-günə azalır. Bəzi ağıllı bələdiyyələr var ki, müəyyən mehmanxanalarla əməkdaşlıq edib ödəniş ala bilirlər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1232 Tarix: 19 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat
13 oktyabrXoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"
Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin
12 oktyabrSabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
12 oktyabr