Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin media subyektlərinə və sosial şəbəkə fəallarına MÜRACİƏTİ :

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin media subyektlərinə və sosial şəbəkə fəallarına MÜRACİƏTİ :Ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi tədbirlərini tənzimləyən normativ aktlarda, eləcə də bu sahədə icra olunan Dövlət Proqramında Yol hərəkəti təhlükəsizliyinin təbliğinin diqqətdə saxlanılması müəyyən edilib. Bu məqama televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən materialların hazırlanması zamanı da ciddi əməl olunmalıdır.

Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinindən məlumat verilib.

Lakin bəzi televiziya və radio verilişlərində, kliplərdə, teleseriallarda, reklam çarxlarında, habelə blogerlər və incəsənət xadimlərinin sosial şəbəkə seqmentlərindəki paylaşımlarında təəssüf ki yol hərəkəti təhlükəsizliyi və yol hərəkəti qaydaları əleyhinə olan pozuntuların geniş auditoriyaya nümayiş etdirildiyini şahidi oluruq. Təəssüf ki bu materialların heç bir əlavə şərh verilmədən yayımlandığını şahidi oluruq.

Belə audiovizual materiallar yol hərəkəti iştirakçıları, xüsusilə uşaq və yeniyetmələr arasında yanlış anlaşılmalara səbəb olur. Hətta onlarda analoji olaraq bu səhvlərə yol vermək arzusu yaradır. Eləcə də bu kimi neqativ təzahürlərin gənc və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mənfi təsir göstərməsi ciddi narahatlıq doğurur.

Yol hərəkəti təhlükəsizliyini təmin edilməsi sahəsində dövlət siyasətini həyata keçirən Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu kimi halların yolverilməz olduğunu bir daha diqqətə çatdırırıq.

Bütün media subyektlərini, sosial şəbəkə fəallarını ölkəmizdə yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilən maarifləndirmə və təbliğat-təşviqat xarakterli tədbirlərin icrasına töhfə verməyə çağırırıq.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin media subyektlərinə və sosial şəbəkə fəallarına MÜRACİƏTİ :


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1169   Tarix: 19 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı

Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat

13 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

"Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir" - Ülviyyə Həmzəyeva

"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbl

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır

"Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması ölkəmizdə formalaşan tolerantlıq mühiti vətəndaşların fərdi inanclarını sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Bu kontekstdə vətəndaşların inancları ilə baölı geyim tərzi və baş örtüyü məsələsinə yanaşarkən

13 oktyabr
.

Kəlağayı - milli kimliyimizin, mənəvi dəyərlərimizin və qədim sənətkarlıq ənənələrimizin rəmzi

Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni irs xalqımızın tarixini, mənəvi dünyasını və özünəməxsusluğunu əks etdirən ən mühüm sərvətlərdəndir. Bu zəngin irsin ayrılmaz hissəsi olan kəlağayı isə yalnız qadınların ənənəvi baş örtüyü deyil, Azərbaycan qadınını

13 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr
.

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü

12 oktyabr
.

"Uşaqların eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə fərqləndirilməməsi vacibdir" - SƏBİNƏ SALMANOVA

Azərbaycanda təhsil sisteminin əsas prinsiplərindən biri bütün hər kəs üçün bərabər və sağlam təhsil mühitinin yaradılmasıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq hər kəs eyni şəraitdə təhsil almalı və eyni imkanlara malik olmalıdırlar. Bu baxımda

13 oktyabr