"Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər" - FOTO

"Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər" - FOTOİsmayıllı rayon sakini, 32 yaşlı Murad Oqtay oğlu Süleymanlı Qəbələ Diaqnostika Mərkəzində cərrahi əməliyyat zamanı vəfat edib.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yanvarın 14-də baş verib. İlkin məlumata görə, öd kisəsi əməliyyatı üçün Qəbələyə gedən M.Süleymanlı narkoz veriləndən bir neçə dəqiqə sonra dünyasını dəyişib.

Mərhumun qardaşı Orxan Süleymanlı hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini iddia edib:

"Qardaşımın səhhətində ciddi problem yox idi. Öd kisəsində sancılar olduğunu bildirirdi və imkan olanda gedib əməliyyatla öd kisəsini götürmək qərarına gəlmişdi. Hadisədən 1 gün əvvəl Qəbələyə gedib, həkim-cərrah Elşad Salehov onu müayinələrə göndərib. Nəticədə bildirib ki, əməliyyata tam hazırdır, ürəyində və digər orqanlarında problem yoxdur. Yanvarın 14-də qardaşım özü maşını sürərək, gülə-gülə Qəbələyə əməliyyata gedib. Atamla anam da onunla birgə gediblər. Vahid adlı anestiozoloq narkoz verdikdən bir qədər sonra gəlib deyib ki, oğlunuz vəfat etdi, xilas edə bilmədik".

O.Süleymanlı əlavə edib ki, hadisə barədə aidiyyəti qurumlara müraciət ediblər. Həmçinin ölüm faktının səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub və meyitin yarılmasını istəyiblər. O, aidiyyəti qurumlardan hadisəni nəzarətə götürmələrini və səbəkarların məsuliyyətə cəlb edilməsini xahiş edib.

"Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər" - FOTOŞikayətlə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, 1990-cı il təvəllüdlü Süleymanlı Murad Oktay oğlu Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ilk dəfə 13.01.2023-cü il tarixində Cərrahiyyə şöbəsinə müraciət edib: "14.01.2023-cü il tarixinə əməliyyat (öd və soltərəfli qasıq yırtığı) qərara alınıb. Qeyd edilən cərrahi əməliyyata hazırlıq zamanı xəstədə "mümkünsüz intubasiya" və "mümkünsüz ventilyasiya" sindromu müşahidə edilib. Təkrari intubasiya cəhdləri mümkünsüz olub. İkincili bronxospazm inkişaf etdiyindən perkutan traxeostomiya effektsiz olub və xəstədə aparılan resustasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm baş verib. Hazırda müvafiq orqanlar tərəfindən faktla bağlı araşdırma aparılır".

Baş Prokurorluğun Mətbuat xidmətinə ünvanladığımız sorğuya cavab olaraq isə bildirilib ki, qeyd olunan faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ailəli olan Murad Süleymanlının 2 uşağı var. O, biznes fəaliyyəti ilə məşğul olurmuş.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4699   Tarix: 19 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı

Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat

13 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

"Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir" - Ülviyyə Həmzəyeva

"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbl

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır

"Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması ölkəmizdə formalaşan tolerantlıq mühiti vətəndaşların fərdi inanclarını sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Bu kontekstdə vətəndaşların inancları ilə baölı geyim tərzi və baş örtüyü məsələsinə yanaşarkən

13 oktyabr
.

Kəlağayı - milli kimliyimizin, mənəvi dəyərlərimizin və qədim sənətkarlıq ənənələrimizin rəmzi

Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni irs xalqımızın tarixini, mənəvi dünyasını və özünəməxsusluğunu əks etdirən ən mühüm sərvətlərdəndir. Bu zəngin irsin ayrılmaz hissəsi olan kəlağayı isə yalnız qadınların ənənəvi baş örtüyü deyil, Azərbaycan qadınını

13 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr
.

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü

12 oktyabr
.

"Uşaqların eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə fərqləndirilməməsi vacibdir" - SƏBİNƏ SALMANOVA

Azərbaycanda təhsil sisteminin əsas prinsiplərindən biri bütün hər kəs üçün bərabər və sağlam təhsil mühitinin yaradılmasıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq hər kəs eyni şəraitdə təhsil almalı və eyni imkanlara malik olmalıdırlar. Bu baxımda

13 oktyabr