Müəllim və həkimlərin maaşları artacaq?
"Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha ço müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir".
BiG.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, hər iki sahədə maaş artımları mümkündür:
"Qeyd etmək istərdim ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqqlarında artımlar artıq reallaşdı. Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqqları son artımlara aid olundu.
Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əmək haqqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki, heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz.
Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Qızıl bazarında son vəziyyət
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?