"20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindən biridir" - DEPUTAT

"20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq səhifələrindən biridir" - DEPUTAT"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il ötür. 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.1990-cı ilin yanvar cinayəti, qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, keçmiş sovet imperiyasının ağır texnikasının Azərbaycanda törətdiyi qanlı qırğından 32 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısını yaşayır.

"Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizi ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
Ancaq qeyd etmək lazımdır ki, həmin dövrdə heç bir təhlükədən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Ulu öndərin bu cür cəsarətli addımı xalqı da cəsarətləndirdi.
Onu da qeyd etmək lazımdır ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəmədi. Bu məqsədlə bir sıra mühüm qərarlar qəbul etdi, sərəncamlar imzaladı.
Bu gün də Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 780   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin

13 oktyabr
.

"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam

"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl

13 oktyabr
.

"Bulud İnşaat" xaricə 52 700 dollar köçürdü, 10 540 dollar cərimələndi - Şikayəti təmin olunmadı

"Bulud İnşaat" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (xarici valyuta vəsaitinin xaricə köçürülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət) ilə protokol tərtib edilib. Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, şirkət tərəfindən 2024-c

13 oktyabr
.

Kəlağayı - milli kimliyimizin, mənəvi dəyərlərimizin və qədim sənətkarlıq ənənələrimizin rəmzi

Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni irs xalqımızın tarixini, mənəvi dünyasını və özünəməxsusluğunu əks etdirən ən mühüm sərvətlərdəndir. Bu zəngin irsin ayrılmaz hissəsi olan kəlağayı isə yalnız qadınların ənənəvi baş örtüyü deyil, Azərbaycan qadınını

13 oktyabr
.

İran Azərbaycan uşaqlarını necə "zəhərləyir"? - Məktəbli forması üzərindən ideoloji təbliğat

Azərbaycan məktəblərində vahid geyim qaydaları müəyyən edilib və həmin qaydalara hər kəs əməl etməlidir. Məktəb özbaşına davranışın deyil, nizam-intizamın, məsuliyyətin və qanunlara hörmətin formalaşdığı məkandır. Lakin Azərbaycanda məktəbli forması və hicabla bağlı məsələlərin İran mediasında qabardılmas

13 oktyabr
.

"Uşaqların eyni parta arxasında oturarkən bir-birindən geyiminə görə fərqləndirilməməsi vacibdir" - SƏBİNƏ SALMANOVA

Azərbaycanda təhsil sisteminin əsas prinsiplərindən biri bütün hər kəs üçün bərabər və sağlam təhsil mühitinin yaradılmasıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və dini mənşəyindən asılı olmayaraq hər kəs eyni şəraitdə təhsil almalı və eyni imkanlara malik olmalıdırlar. Bu baxımda

13 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13 oktyabr
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12 oktyabr