Allahşükür Paşazadə 20 Yanvar faciəsi barədə: "İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar"
"44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdi. Biz bu gün burada bütün şəhidlərimizi yad edirik. Allah 20 Yanvar şəhidlərinə, ərazi bütövlüyümüz uğrunda canını fəda edən bütün şəhidlərimizə rəhmət etsin, qazilərə cansağlığı versin".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.
"Mən buradakıların hər birini ayrı-ayrılıqda tanıyıram, onların necə qəbirə qoyulmalarının şahidi olmuşam. Buradakı qəbirlərinin qazılmasını çox yaxşı xatırlayıram. Hətta şəhidlərimizin burada dəfn edilməsində mən təkid etdim. O vaxt dəfn üçün təchizat da vermədilər bizə. Qar yağırdı, hava çox soyuq idi. İnsanlar əlləri ilə, balta ilə qəbir qazırdılar. Çox çətin idi. Bizə dövlət kömək etmədi. Xalq toplaşıb şəhid oğullarını dəfn etdi. Amma bizim torpaqlarımız azad oldu, biz özümüzü tanıdıq. Azərbaycanın müstəqilliyinə görə biz şəhidlərimizə dua etməli, onları unutmamalıyıq. Allah bütün şəhidlərimizə rəhmət etsin", - deyə Şeyx qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 716 Tarix: 20 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yeni qaydalarla tənzimlənəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Aviasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksin
13 oktyabr"Mən bunu problem olaraq da görmürəm" - Şeyxülislam
"Kimin təhriki ilə bu sözləri deyirlər axı? Biz bunu bilirik. Azərbaycan xalqı da bilir. Bəzi insanlar ki var, onların dinindən, mənəviyyatından istifadə edərək dövlətə qarşı qoyurlar. Mən öz dövlətimə inanıram. Əgər bu problem varsa. Bu, problem deyil. Mən bunu problem olaraq da görmürəm. Həl
13 oktyabrScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
12 oktyabr"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13 oktyabrBu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind
12 oktyabr