"Bizim həyətdən gedənlərin heç biri qayıtmadı..."
Xalq artisti Firəngiz Mütəllimova 20 Yanvar hadisələri zamanı yaşanılan ağır günlərdən danışıb.
Bu haqda sənətçi OLAY-a açıqlamasında deyib.
Aktrisa üstündən illər keçsə də, həmin günü dəhşətlə xatırladığını bildirib:
"Biz "20 Yanvar" ərazisinə yaxın yerdə, Yasamalda yaşayırdıq. Tanklar daxil olanda onların səslərini eşidirdik. Təsəvvür edin, hamını çağırırdılar, çağırış var idi. Qardaşımın da yanvarın 20-si ad günü idi. Biz evdə oturub onu gözləyirdik ki, axşam işdən gəlsin. Sonra işdən gəldi, çölə çıxmaq istədi. Dedim yox, bir saat duraq sonra. Sanki ürəyimə dammışdı… Çünki bizim yaşadığımız həyətdən gedən nə qədər insanın heç biri qayıtmadı…
O günlər getsin, bir də gəlməsin. Çox böyük dəhşət yaşadıq, neçə gün evdən çıxa bilmədik, işıq, radio, televiziya olmadı. Səs gəlirdi ki, kimisə vurdular. Evdən çıxmaq, çörək almağa getmək, hərəkət, səs olmazdı… Belə bir günü bir də xalqımıza arzu etmirəm, keçmiş olsun. Həmin vaxt günahsız insanların qanı axıdıldı. İşdən gələn, işə gedən, haya çıxan, eyvandan baxan, kim qarşılarına çıxdısa, öldürdülər. Bu günümüzə şükürlər olsun ki, torpaqlarımız azaddır. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Ali baş komandanımız sağ olsun ki, bizim kimi torpağına, evinin daş-divarına həsrətlə yaşayan insanları arzusuna qovuşdurdu. Hər bir azərbaycanlı üçün bir qarış torpağı belə əzizdir, həsrət yaşamaq çox pisdir…
Hər gecə əllərimi açıb dua edirəm ki, müharibələr bitsin, dünyada sülh olsun, heç bir ananın gözü yaşlı olmasın. Allah əsgərlərimizi, ordumuzu, sərhədçilərimizi qorusun. Bizi mundar siyasətçilərin qanlı caynağından qorusun… Həmin gündən sonra qardaşımın ad gününü yanvarın 21-i təbrik edirik. Özü də dedi ki, 20-si mənə heç kim zəng etməsin. Belə bir gün bizim yaddaşımızda həkk olundu. Allah ermənilərin bəlasını versin, ən gözəl illərimizi puç etdi…".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Qızıl bazarında son vəziyyət
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
Hicab məsələsi İran mediasının gündəmində: Azərbaycanın daxili işinə niyə qarışırlar?