Nasistlərlə əlaqə, ŞOK CİNAYƏT DOSYESİ - İslam düşməni Paludan KİMDİR?
Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmağa icazə alan Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan dəfələrlə irqçilik və nifrətdə ittiham olunub
Xəbər verdiyimiz kimi, İsveç polisi Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandırmağa icazə verib. Hadisədən sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
İngiltərənin "Daily Mail" qəzeti ifrat sağçı lider Rasmus Paludanın nifrət və irqçilik cinayətləri ilə bağlı faylı araşdırıb.
Məlumata görə, 41 yaşlı Rasmus Paludan son bir neçə ildə Şimali Avropada "anti-İslam siyasətinin mərkəzində olub. İsveç vətəndaşlığına da sahib olan Paludan əvvəllər həm Danimarka, həm də İsveçdə dəhşətli etiraz aksiyaları keçirib və hər iki ölkədə zorakılıq dalğalarına səbəb olub.
2017-ci ildə Danimarkada qurduğu ifrat sağçı Stram Kurs siyasi partiyası ilə diqqət çəkən Paludan bütün müsəlmanların Danimarkadan deportasiyası çağırışı ilə də tanınır.
Paludan 2019-cu ildə "irqçilik" ittihamı ilə həbs cəzasına məhkum edilib, lakin həbs cəzası təxirə salınıb.
Partiyasının sosial mediada İslam əleyhinə videolar yaymasında təqsirli bilinən irqçi lider 2020-ci ildə yenidən həbs cəzasına məhkum edilib. O dövrdə irqçilik, böhtan və təhlükəli sürücülük kimi 14 fərqli ittihamla üzləşən Paludan 2022-ci ilin sentyabrında seçkilər öncəsi təşkil etdiyi mitinqlərdə dəfələrlə müsəlmanları hədəf alıb, Quranı yandırmağa çalışıb.
Hər fürsətdə tək düşmənlərinin "İslam və müsəlmanlar" olduğunu dilə gətirən Paludan 2018-ci ilin dekabrında yayımladığı videoda deyib: "Ən yaxşısı o olardı ki, yer üzündə bir nəfər də olsun müsəlman qalmazdı. O zaman son hədəfimizə çatmış olardıq".
Stram Kurs partiyası İsveç və Danimarkada "Hard Line" kimi də tanınır. Danimarkanın "Weekendavisen" qəzetinin baş redaktoru Martin Krasnik 2019-cu ildə yazdığı məqalədə Rasmus Paludanın nasist əlaqələri olduğunu iddia edib. Lakin irqçi lider bu iddiaları təkzib edib.
Qeyd edək ki, France 24 təxribat nəticəsində İsveçin NATO-ya üzvlüyünün təsdiqinin çətinləşəcəyini açıqlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1287 Tarix: 22 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabrAİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
11 oktyabrTramp Rusiya və Çinin İranı dəstəklədiyinə inanmır
ABŞ prezidenti Donald Tramp Çin və Rusiyanın İranı dəstəklədiyinə inanmadığını bildirib. xəbər verir ki, Tramp Truth Social-da yazıb: "Çin və Rusiyanın 'möhtəşəm' İran İslam Respublikasına kömək etməsi ilə bağlı ifrat solçuların, axmaqların və dəlilərin çoxlu şərhlərini görürəm. Hətt
13 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrPakistanda sərnişin qatarı relsdən çıxdı
Pakistanın Multan şəhəri yaxınlığında "Rahman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı dörd nəfər ölüb, 30-dan çox insan yaralanıb. xəbər verir ki, bu barədə "Dawn" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumatda deyilir ki, qata
13 oktyabr