İnkişafa gedən yol kitablardan keçir

İnkişafa gedən yol kitablardan keçirHər kəsin hekayəsi sıfırdan bizim hekayəmiz isə "bir"dən başlamışdır. Bir adamdan, bir kitabdan, bir məktəbdən, bir səhifədən...
İnkişafa gedən yol kitablardan keçir deyib yola çıxdı bir nəfər, vətənin, insanlığın inkişafını üstün tutdu və bu çətin yolda özünə ailə, dostlar, silahdaşlar topladı.
İnstagram üzərindən @kitablarla_inkisaf_edek adlı səhifənin açılması ilə 31.05. 2018-ci ildə Kitablarla İnkişaf Edək (KİE) layihəsinin əsası qoyuldu. Bir-birini tanımayan bir çox gənc eyni amal, məqsəd üçün birləşdi və təmənnasız olaraq gənclərimizin kitablarla inkişafına töhfə vermək üçün birgə fəaliyyətə başladı.
Hər kəsin bildiyi kimi, şəhərlərdə insanların rahat bir şəkildə əldə etdiyi kitablar, kitab ala biləcəkləri mağazalar, dərsdən əlavə faydalı bir çox şeylə vaxt keçirə biləcək məşğuliyyətləri olduğu halda, təəssüf ki, ucqar rayonlarda bunlar əlçatmazdır. Elə məhz bu səbəbdən də, layihənin əsas məqsədi ucqar kəndlərdə yaşayan gənclər üçün kitabları əlçatan etmək, onlara kitabları sevdirmək və beləliklə də kitablarla inkişaf etmələrinə dəstək olmaqdır. Bu baxımdan da, layihə əsasən ucqar rayonlarda yerləşən kənd məktəblərini əhatə edir.
Göyçay rayon Çərəkə kənd S.Mirzəyev adına 1 saylı tam orta məktəb KİE layihəsinin ilk icra edildiyi məktəb olmuşdur. İlk dəfə 10 sentyabr 2018-ci ildə məktəbə kitablar təqdim edilmiş, daha sonra 4 dəfə bu məktəbə yeni kitablar göndərilmişdir.

Hazırda ucqar rayonlarda yerləşən 113 məktəbə KİE layihəsi tərəfindən 6000-dən çox bədii kitab və həmçinin dərs vəsaitləri təqdim edilmişdir.

Təbii ki, kitabların kəndlərə aparılması ilə iş bitmir. Əvvəlcə hər məktəbdə layihəyə dəstək verəcək, sosial aktiv müəllim tapılır. Sonra kitablar müəllimlərə təqdim edilir. Növbəti mərhələdə onlarla tez-tez əlaqə saxlanılır və uşaqların motivasiya edilməsində birgə çalışırlar. Müəllimlər müxtəlif yarışlar, viktorinalar, müsabiqələr keçirməklə şagirdlər arasında kitab oxumağa həvəs yaradırlar. Layihə tərəfindən müəllimlərin bu tipli fəaliyyətinə dəstək verilir. Eyni zamanda zamanla layihənin daxilində məktəblər arasında yarışlar keçirilərək ən aktiv şagirdlərə sertifikat və hədiyyələr verilir...
Həmçinin Qaxın Sarıbaş, İsmayıllının Dərə, Lerikin Bibiyoni, Piran və Hamarmeşə kənd uşaqlarına və Zəngilanda hərbi xidmətdə olan əsgərlərə də layihəmiz adından kitablar hədiyyə edilmişdir.
Daha çox insanın kitab oxuması, oxuduğu kitabı bölüşməsi, kitabları sevməsi, qoruması və bölüşərkən insanlarda bir-birlərinə inam hissinin yaranması layihə çərçivəsində əldə edilməsi qarşıya məqsəd qoyulmuş vəzifələrdəndir.

Bizim digər tələbələrdən heç bir fərqimiz yoxdur, bizlər də adi tələbələrik ki, müxtəlif Universitetlərdə oxumağımız bizim birliyimizə maneə olmur, əksinə daha çox iş görməyimizə və layihənin genişləndirilməsi üçün çalışmağımıza şərait yaradır. Layihə fəaliyyətə başlayanda heç birimiz tanış olmamışıq bizləri birləşdirən "Kitablarla inkişaf edək" şüarı olub və zamanla bizə qoşulan insanları bu şüar altında birləşdirə bilmişik. Artıq layihə üzvlərimiz yalnız tələbələrdən ibarət deyil,şəhərdə yaşayan məktəblilər və müxtəlif işlərdə işləyən insanlar də bizə qoşularaq kənd yerlərində olan uşaqların düzgün istiqamətdə formalaşmaları üçün çalışırlar.
Bizi birləşdirən bir məqsəd var: Azərbaycanın inkişafı və gənclərin düzgün istiqamətdə formalaşması üçün çalışmaq. Bir şagird belə olsa onun düşüncəsini dəyişmək. Vətən üçün, xalq üçün, Azərbaycanın gələcəyi üçün çalışacaq və şam kimi yanacaq gənclər yetişdirmək. Məqsədimiz Azərbaycanın hər yerində Maarifçilik hərəkatı başlatmaqdır, "Ağ zanbaqlar ölkəsi" kitabında Snelman Finlandiyanı 19-cu əsrdə necə bataqlıqdan çıxararaq indiki vəziyyətə gətirdisə, bizim də məqsədimiz inkişaf edən Azərbaycanı daha güclü və möhkəm etməkdir.

Bu yolda artıq 4 ildən çoxdur ki, addımlayırıq və sevindirici haldır ki, müəyyən nəticələr əldə edə bilmişik. Uşaqlar bizə yazaraq layihənin necə gözəl olduğunu, bizə təşəkkürlərini bildirir və kiçik videolar çəkib yollayırlar, eyni zamanda valideynlər də bizə yazaraq onlara da kitab göndərməyimizi xahiş edirlər. Layihənin əsas istiqaməti kənd məktəblərinə kitab göndərməkdir, ki bunu da kortəbii etmirik, ilk öncə ucqar kənd məktəblərində olan müəllimlərlə əlaqə saxlayır və onlara bizimlə əməkdaşlıq təklif edirik, əgər müəllimlər razı olarlarsa məktəblərə kitablar göndərilir, sonra isə vaxtaşırı kitabların mövcudluğu yoxlanılır, daha çox kitaba marağı olan uşaqlar müəyyən edilərək onlara kiçik hədiyyələr aparılır və uşaqlarla görüşlər keçirilir.
Bundan başqa layihəmizin "Kitab Səyahətdə" istiqaməti vardır ki, bu layihə əsasında səyahətə göndəriləcək kitablar nömrələnir daha sonra skamyalarda, metrolarda və.s yerlərdə bilərəkdən "unudularaq" onları oxuyacaq həmin o şanslı insanları gözləyirlər, sonra kitabı tapan şəxslər bizə yazaraq kitabı hardan tapdıqlarını və layihə haqqında fikirlərini yazırlar, kitabı oxuyub bitirdikdə isə yenidən səyahətə yollayırlar.Karantin dövrü olduğu üçünsə bu layihəmizi poçt vasitəsilə tətbiq edirik. Belə ki səyahətə yollanacaq kitabları instagram hesabımızda paylaşaraq oxumaq istəyən şəxslərin evlərinə göndəririk və onlar da oxuyub bitirdikdən sonra başqa şəxslərə poçtla yollayırlar ki, bu yolla kitablar müxtəlif rayonlarda səyahət etmiş olurlar,artıq 84 kitabımız səyahətə yollanmışdır və insanlar sevərək bundan yararlanırlar.
Digər layihəmizsə "Ekoloji mədəniyyət" layihəmizdir.Bu layihənin əsas məqsədi ətraf mühiti qorumaq, təbiəti mühafizə etmək, insanların diqqətini ekoloji problemlərə çəkərək təbiəti çirkləndirməkdən yayındırmaqdır.Bunun üçün Kitablarla inkişaf edək ailəsi olaraq fərdi şəkildə getdiyimiz yerlərdə, rayonlarda, meşə və göllərdə çirklənmiş ərazilər gördükdə buraların şəkillərini çəkir, sonra isə təmizləməyə başlayırıq və sonda təmizlədikdən sonra da şəkillər çəkilərək əvvəlki və sonrakı şəkilləri paylaşılaraq insanları da bu cür etməyə səsləyirik. Eyni zamanda getdiyimiz yerlərdə müəyyən plakatlar yapışdıraraq, insanlarla söhbətlər apararaq təbiəti qorumağa və ətraflarında da bunu yaymağa səsləyir, məktəblərə göndərdiyimiz kitabların içində uşaqlara bununla bağlı da mesaj göndəririk.. Bu layihənin son tətbiq edildiyi rayon İsmayıllı rayonu oldu , belə ki burda Qaranohur gölünün ətrafı zibillərdən təmizləndi və göl kənarında olan kiçik alaçığa plakat yapışdırıldı.
Layihəmizin yeni bir istiqaməti isə "Bir təbəssüm yetər" layihəsidir. Məqsədimiz körpələrin arzu və istəklərini imkanımız daxilində həyata keçirməkdən ibarətdir. Təbii ki istəyirik hər bir körpənin istək- arzularını yerinə yetirək, amma bu müəyyən məhdudiyyətlər çərçivəsində olacaq. Öncəliyimiz şəhid ailələrinin uşaqları və ailə başçısı fiziki məhdudiyyətli ailələrimizin uşaqlarıdır. Hədiyyə bir nəfərin adından deyil, ümumi dəstək olan hər kəsin adından verilir və hər kəs birlikdə toplu bizim yaratdığımız "İNSAN" olur, yəni bu "İNSAN" bu layihədə iştirak edən hər kəsi təcəssüm edir. Uşaqların "İNSAN"la ilk tanışlıqları bu cür olacaq və onlar "İNSAN" necə olur deyə düşündükdə ilk ağıllarına bu gələcək: yaxşılıq etmək,uşaqları sevindirmək və s. Gələcəkdə sizlərlə birlikdə görəcəyimiz işlər.. ki gələcəkdə onların şəxsiyyət kimi formalaşmalarında bunun çox böyük rolu olacaq. Layihəmiz əsasında fərdi şəkildə 5 uşaq, Daşkəsən rayonu Qabaqtəpə və Quba rayonun Qarxun kənd ümum orta məktəblərinin şagirdləri az da olsa sevindirilmişdir. 2021-ci ilin mayından başlayaraq hər il 28 May Respublika günü və 31 May Kitablarla inkişaf edək layihəsinin yaranması günü ilə əlaqədar "Kitab bağışlama" günü edirik, eyni zamanda 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə də həmrəyliyin sözdə yox əməldə olmasının lazım olduğunu deyərək tanımadığımız insanlara 200-dən çox kitab bağışladıq, Bir təbəssüm yetər layihəmiz adından isə Quba rayonu Qarxun kənd ümum orta məktəbinin 38 şagirdi üçün "Papaq,əlcək və şərf" alaraq "Bir təbəssüm yetər " layihəmiz adından yolladıq ki, bu da bizim düşüncəmizə görə onların yaddaşında silinməz bir iz qoyaraq vətəndaş cəmiyyətinin qurulmasına öz töhfəsini verəcək.

Bakıda təhsil alan tələbələr üçünsə layihədə olan kitablardan pulsuz şəkildə yararlanmaları üçün şərait yaradılmışdır, belə ki onlar layihədə olan istənilən kitabı 1 həftə ərzində pulsuz götürərək oxuya bilərlər.."Aylıq 1 manat" layihəmizin üzvlərisə kitablardan 2 həftə ərzində pulsuz şəkildə yararlana bilərlər.
Layihənin maddi balansının əsas mənbəyi "Aylıq 1 manat" layihəsidir, ki bura üzv olan insanlar hər ay cəmi 1 manat bank hesabımıza yükləməklə kitabların alınmasında iştirak edirlər.Layihə ilk başlayanda kitablarla dəstək olan insanlar daha çox idi, amma zamanla bu cür dəstək azaldığı üçün layihənin inkişafında müəyyən çətinliklər yarandı, sonra isə Aylıq 1 manat layihəmiz yarandı ki hazırda demək olar ki layihə yalnız 1 manatların əsasında fəaliyyət göstərir, insanlar üçün çox da böyük görünməyən məbləğlər toplandıqda çox böyük işlər görmək olur, layihəmiz bir növ bunu sübut etdi. Amma təəssüf ki, cəmiyyətin inkişafından və maarifçilikdən danışan insanlar bizim bu layihəmizə biganə yanaşaraq yalnız sözdə vətənpərlikdən danışaraq bizə dəstək olmaqdan boyun qaçırırlar, əksər çoxlu sayda izləyicisi olan kitabsevərlər və ziyalı insanlara bir neçə dəfə layihə ilə bağlı müraciət etsək də heç bir müsbət münasibət görməmişik..Müəyyən kitab evləri və nəşriyyatlarsa layihəmizə dəstək olaraq bizim yanımızda olduqlarını göstərir və bizim gördüyümüz işə inamımızı artırırlar.Eyni zamanda xaricdə yaşayan həmyerlilərimiz də zamanla bizə maddi, mənəvi dəstək olaraq yanımızda olduqlarını göstərirlər.
Karantin dövründə məktəblərlə əlaqə saxlamaq mümkün olmadığı üçünsə rayonlara gedərək qarşımıza çıxan uşaqlara kitablar verir və onlara kitablardan danışırdıq, eyni zamanda "Aya 1 uşaq" layihəmizi də karantin dövründə tətbiq edərək uşaqlara kitablar oxudub, sonra isə sual-cavab edir və daha çox kitaba sevgi yaratmağa çalışırdıq.Eyni zamanda karatinlə əlaqəli olaraq uşaqlar bizə videolar çəkərək "evdə qalın, kitab oxuyun" deyərək həmyaşıdlarını virusla mübarizədə daha diqqətli olmağa və kitab oxumağa səsləyirdilər.
Zamanla Bakıda insanların diqqətini kitaba çəkmək üçün metro və digər insanların bol olduğu yerlərdə kütləvi şəkildə kitab oxuyaraq insanlara mesaj göndərmək üçün "Kitab Flashmob"ları keçiririk, hazırda isə karatinlə əlaqəli olaraq bunu tətbiq etmək alınmır.

Məktəblərdən əlavə hər hansı rayon və kəndlərə getdikdə hər daim özümüzlə kitablar götürür və fərdi şəkildə qarşımıza çıxan uşaqlara paylayırıq... Təbii bunu da planlı edir, ilkin uşaqlarla söhbət apararaq kitablara marağının olub-olmadığını öyrənirik, əgər kitaba maraq görəriksə bu zaman uşaqlara kitabları təqdim edirik..

Layihəmizin çap edilmiş 2 kitabı vardır "Ölməzlərdən ölülərə" və "Xoşbəxtlər ölkəsi", 1 kitabsa PDF formatda hazırlanaraq layihə haqqında məlumatları özündə cəmləşdirmişdir. Bundan başqa "Bəyaz zanbaqlar ölkəsində" kitabını nəşr etdirmiş və məktəblərə yayılmasına çalışırıq.Kitablar maarifçilik yönündə tərtib olunaraq insanları birliyə və ziyalıları xalq üçün çalışmağa səsləyir.Layihənin açılan youtube kanalında isə Kitab şərhləri, məktəblərdən videolar, səsli kitablar, müxtəlif maarifçilik yönündə videolar paylaşılır ki bu yolla insanları mənfilərdən müsbətlərə çəkməyə çalışırıq.
Layihə ilkin yarananda çox insan bizə rişxəndlə yanaşır və gülürdü. Amma zamanla bizim məqsədimizin qətiliyini və yolumuzdan dönmədən addımladığımızı gördükdə bizə qoşularaq bizimlə birlikdə addımlamağa başladılar.Hətta bəzən bizə layihənin pis məqsədlərə yönəldilməsi üçün təkliflər də edilmiş, bəziləri "Gəlin birləşək insanların hisslərindən istifadə edərək onları aldadaq", digərləri isə bizim vasitəmizlə məktəblərdə öz təbliğatlarını həyata keçirmək istəyirdi,amma biz heç bir halda insanlıqdan uzaqlaşmadan və bizə olan güvəndən istifadə etməyi düşünmədən bu cür mənfi təkliflərlə bizə olan dəstəkləri geri çevirmiş və öz yolumuzda addımlamışıq. Azərbaycanın inkişafı, gənclərin heç bir mənfi təbliğata aldanmadan inkişafı,vətənpərlik və xeyirxahlıq düşüncələri ilə formalaşaraq cəmiyyətin inkişafı üçün çalışmaları, bizim bu başlanğıcını qoyduğumuz cərəyanı gələcəkdə onların davam etmələri və onlarında bu yolda heç bir mənfəət güdmədən çalışmaları üçün təməli düzgün qoymalı və daim xalqı düşünməliyik, bu zamansa heç bir halda şəxsi mənafe və maddi maraqlar vətən, millət, xalq sevgisini üstələməlidir..Yaxın zamanlarda Universitet və bölgələrdə "Kiçik Pulsuz Kitabxanalar" da quraşdırmaq fikrimiz vardır, eyni zamanda layihəni bütün Azərbaycana yaymaq və hər bir kənddə layihəni tətbiq etmək əsas məqsədlərimizdən biridir, gələcəkdə eyni zamanda "Gəzən kitabxanalar" da təşkil edərək bölgələri gəzəcək və bölgələrdə müəyyən müddət qalaraq kitab təbliğatlarımızı edəcəyik, ən əsas məqsədimizsə məktəblər üçün özümüz kitabları çap etmək və gənc yazarların özlərinin müstəqil şəkildə öz kitablarını çap edəcəkləri bir nəşriyyat açmaqdır, burda yazıçılar müəyyən tələblərə (Xalqın adət ənənəsinə zidd olmayan, vətənpərlik,maarifçilik yönündə olan kitablar) cavab verən kitabları özləri gələrək çap edəcək, bizə isə yalnız məktəblərə yollamağımız üçün kitab hədiyyə verəcəklər... Gələcək planlarımız həddən artıq çoxdur, bu planları həyata keçirmək üçünsə bütün həyatımız boyu çalışacaq və vətənin inkişafını hər şeydən üstün tutacağıq..Ümid edirik bu yolda bizə daha çox insan qoşular və bizimlə birlikdə addımlayarlar...Biz bir olanda Azərbaycan oluruq. Gəlin Birləşək və işıqlı gələcək üçün birlikdə çalışaq.. Gələcək bu gündən onun uğrunda çalışanlarındır, gələcək öz-özünə qurulmayacaq, gərək gələcəyimizin daha gözəl və firavan olması üçün hamımız çalışaq..


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1481   Tarix: 22 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Roşka" ləqəbli tiktokerə hökm oxundu

Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano

13 oktyabr
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

12 oktyabr
.

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində

13 oktyabr
.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd

13 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13 oktyabr
.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənətin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixi yaddaşını, mənəvi dünyasını və əsrlər boyu formalaşmış həyat tərzini özündə əks etdirən zəngin sərvətdir. Bu irsin ən səciyyəvi nümunələrindən biri olan kəlağayı isə sadəcə ənənəvi qadın baş örtüyü deyil, Azərbaycan xalqının sənətkarlıq bacarığının, esteti

13 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil, milli təhlükəsizlik və İranın mümkün təsir strategiyası

Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi yalnız təhsil sisteminin daxili qaydaları ilə məhdudlaşmır. Bu təşəbbüs sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və uşaqların gələcək dünyagörüşü baxımından da əhəmiyyət daşıyır. Mövzu ətrafında aparılan ictimai müzakirələr is

13 oktyabr