"Bu gün bəzi təşkilatlar qərəzli qərarları ilə regionda sülhün bərqərar olmasına maneələr yaratmağa çalışır" - DEPUTAT

"Bu gün bəzi təşkilatlar qərəzli qərarları ilə regionda sülhün bərqərar olmasına maneələr yaratmağa çalışır" - DEPUTAT"44 günlük Vətən müharibəsində tək torpaqlarımızı işğaldan azad etmədik, həm də dost pərdəsi arxasında gizlənən düşmənlərimizi də tanıdıq".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, illərdir ki, Azərbaycan beynəlxalq təşkilatların ikiüzlü münasibətindən əziyyət çəkib:

"Demokratiyadan və insan haqlarından dəm vuran bu təşkilatlat 30 il ərzində Ermənistana torpaqlarımızı işğaldan azad etməsi üçün bir dəfə də olsun təzyiq göstərmədi. İnsanlarımızı vəhşicəsinə qətlə yetirənlər, Xocalı soyqırımını törədənlər, 44 günlük Vətən müharibəsi zamanı Bərdədə, Gəncədə və digər rayonlarda sivil vətəndaşlarımıza qarşı müxtəlif terror aktları törədənlər hələ də cəzasız qalıb. Bu gün də həmin təşkilatlar Xankəndi-Laçın yolumda azərbaycanlı ekofəallar və gənc könüllülərin Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə yönəlmiş aksiyasına başqa don geyindirməyə çalışırlar. Əlbəttə bu yolverilməzdir. Orada keçirilən aksiyanın əsas məqsədi Qarabağdakı ekoloji terrora son qoyulmasıdır. 30 ildir ki, erməni barbarları insanlarımızı vəhşicəsinə qətlə yetirib, işğal etdikləri şəhər və rayonlarda ekoloji terrorlar törədiblər. Bu gün Ermənistanın havadarları bu həqiqəti gizlətməyə və ört-basdır etməyə çalışır. Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasını yaratması da məhz bu addımların davamıdır. Məqsəd də aydındır. Regionda sülhün bərpasına maneələr yaratmaq və Qarabağdakı erməni terrorçularını mühafizə etməkdir. Təbii ki, Azərbaycan bunun fərqindədir. Onlar istəməsələr də Ermənistan sülh müqaviləsini imzalamalı olacaq. Çünki sülh müqaviləsindən imtina Ermənistanın sonunu gətirə bilər".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1127   Tarix: 26 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Sabah - oktyabrın 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda bu ayın pensiyalarını ödəməyi planlaşdırır. xəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiy

13 oktyabr
.

Vahid məktəbli forması və İranın mümkün ideoloji müdaxiləsi: Azərbaycan təhsilinin qorunması milli təhlükəsizlik məsələsidir

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir. Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil, həm də milli kimliyin, vətəndaşlıq məsuliyyətinin, mənəvi dəyərlərin və müstəqil düşüncə qabiliyyətinin formalaşdığı mühüm ictimai institutdur. Buna görə də Azərbaycanda vahid məktəbl

12 oktyabr
.

Polisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd

13 oktyabr
.

"Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir" - Ülviyyə Həmzəyeva

"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbl

12 oktyabr
.

İran Azərbaycan uşaqlarını necə "zəhərləyir"? - Məktəbli forması üzərindən ideoloji təbliğat

Azərbaycan məktəblərində vahid geyim qaydaları müəyyən edilib və həmin qaydalara hər kəs əməl etməlidir. Məktəb özbaşına davranışın deyil, nizam-intizamın, məsuliyyətin və qanunlara hörmətin formalaşdığı məkandır. Lakin Azərbaycanda məktəbli forması və hicabla bağlı məsələlərin İran mediasında qabardılmas

13 oktyabr
.

Kəlağayı milli kimliyimizin güzgüsü: qədim sənətin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi

Azərbaycanın milli-mədəni irsi xalqımızın tarixi yaddaşını, mənəvi dünyasını və əsrlər boyu formalaşmış həyat tərzini özündə əks etdirən zəngin sərvətdir. Bu irsin ən səciyyəvi nümunələrindən biri olan kəlağayı isə sadəcə ənənəvi qadın baş örtüyü deyil, Azərbaycan xalqının sənətkarlıq bacarığının, esteti

13 oktyabr
.

Məktəbli forması ətrafında informasiya savaşı: Azərbaycan təhsilini hədəfə alan kampaniyaların arxasında nə dayanır?

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə geyim qaydaları ilə məhdudlaşmamalıdır. Məsələnin mahiyyəti təhsil mühitində bərabərliyin qorunması, uşaqların sağlam sosial mühitdə yetişməsi, milli-mənəvi dəyərlərin aşılanması və cəmiyyətin xarici informasiy

13 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktor

13 oktyabr