Süni intellekt bəşəriyyəti necə və nə vaxt məhv edə bilər?

Süni intellekt bəşəriyyəti necə və nə vaxt məhv edə bilər?Dünyanın aparıcı ölkələrinin texnoloji sektoru inkişaf etdikcə süni intellekt bəşəriyyət üçün təhlükə yaratmağa başlaya bilər.

Lent.az xəbər verir ki, bu barədə "The New York Times" qəzetində dərc olunan məqalədə deyilir.

Mütəxəssislərin fikrincə, süni intellekt sistemlərinin həddindən artıq həyatımıza daxil olması və onların elektrik şəbəkələri, birjalar və silahlar kimi həyati vacib infrastruktura qoşulması gözlənilməz nəticələrə səbəb ola bilər.

Monreal Universitetinin tədqiqatçısı, professor Yoşua Bengionun sözlərinə görə, bugünkü süni intellekt sistemləri ekzistensial risk yaratmır. Ancaq hansı zamanda kritik xarakter alacağını və fəlakətə səbəb olacağını proqnozlaşdırmaq çətindir.

"İndiki sistemlər ekzistensial risk olmağa belə yaxınlaşmır. Amma bir, iki, beş il sonra nə olacaq bilinmir. Həddindən artıq qeyri-müəyyənlik var. Problem də budur. Fəlakətin astanasında olacağımız bu anın fərqində olduğumuza əminlik yoxdur ",-deyə professor bildirib.

Kaliforniya Universitetindən bir kosmoloq məsələ ilə bağlı bu sözləri deyib:
"Bir anda aydın olacaq ki, cəmiyyətə və iqtisadiyyata nəzarət edən böyük texnologiyalar həqiqətən insanların nəzarəti altında deyil və S&P 500-i söndürmək mümkün olmayacaq".

İndiyə qədər süni intellekt sistemləri təkrarlanan məlumatların "sonsuz döngələrində ilişməyə" meyllidirlər. Amma zaman keçdikcə bu proqramlar təkmilləşdirilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər.

"Süni intellekt sistemləri hətta yaradıcılarının başa düşə biləcəyindən daha çox məlumat öyrəndiyinə görə, bu sistemlər artıq gözlənilməz davranışlar nümayiş etdirir. Bir çox tədqiqatçılar bu sistemlərin getdikcə daha da təkmilləşməsindən ehtiyat edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1649   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

7 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

Pomidoru soyuducuda saxlamayın

Təzə pomidorları soyuducuda saxlamaq onların dadına, ətrinə və quruluşuna mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, pomidorları otaq temperaturunda saxlamaq daha məqsədəuyğundur. xarici mediaya istinadən xəbər verir ki, meyvə, tərəvəz və göyərtiləri aldıqdan dərhal sonra soyuducuya yerləşdirmə

14 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr