"Polislərin daşa tutulması ilə bağlı heç bir müzakirə getmir"- Elman Nəsirov

"Polislərin daşa tutulması ilə bağlı heç bir müzakirə getmir"- Elman NəsirovGədəbəyin Söyüdlü kəndində qızıl mədəni ilə əlaqədar süni gölün tikilməsinə kənd sakinləri etiraz ediblər. Nəticədə sakinlər və polis arasında qarşıdurma yaşanıb. Polisin sakinlərdən birinə qarşı gözyaşardıcı qazdan istifadə etməsi sosial mediada gündəm olub.

Mövzu ilə bağlı Sonxeber.az -a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, sakinlər polis və fəhlələrə hücum edərək daşlardan, küt alətlərdən istifadə ediblər. Ancaq sosial şəbəkədə bu məsələ kifayət qədər müzakirə olunmur.Əgər doğrudan da bir polis nəfəri öz vəzifəsini ləyaqətlə yerinə yetirməyibsə, o cəzalandırılacaq. Amma bütün Azərbaycan polislərinə ləkə atmaq, onu iftiralar hədəfinə çevirmək qəbuledilməzdir:

"Sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi prosesində kənd sakini ilə polis arasındakı insidentdir. DİN məsələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, bir qrup kənd sakininə tikinti prosesinə müdaxilə etməmələri ilə bağlı xəbərdarlıq edilib. Lakin onlar nəinki qanuna tabe olmayıblar, eyni zamanda tikintidə çalışan fəhlələrə qarşı güc tətbiq ediblər. Onlara qarşı daşlar və küt alətlərdən istifadə ediblər, polisə müqavimət göstəriblər. Son yayılan kadrlarda daş atıldığı, polisin təhqir olunduğu faktlar da öz əksini tapıb. Bütün bu proseslərdə ən çox diqqəti cəlb edən polis nəfərinin bir qadına qarşı gözyaşardıcı qazdan istifadə etməsidir. Bu məlumat sürətlə sosial şəbəkədə tirajlanır. Bununla bağlı DİN verdiyi məlumata görə xidməti yoxlanış keçirməkdədir, polis nəfərləri hadisə yerinə göndərilib, xidməti yoxlama aparılıb. Təbii ki, polis nəfəri cəzalandırılacaq. Amma digər məsələlərə də sosial şəbəkələrdə diqqətin ayrılmasını istəyərdik. Tikinti işləri gedir və kənd sakinlərinin müdaxiləsinin qarşısının alınması üçün polis xəbərdarlıq edib. Amma məhəl qoyulmur, müqavimət göstərilir. Bu isə qanuna tamamilə ziddir.Polislər daşa tutulur, onlara ziyan vurulur. Bu məsələrlə bağlı heç bir müzakirə getmir. Müzakirə gedən yalnız həmin qadınla bağlı məsələdir. Yeri gəlmişkən, bunu da deyim ki, çox müəmmalı məqam var. Etiraz aksiyasında iştirak edənlərin əksəriyyəti yaşlı qadınlardır. Bu da təsadüfi deyil. Etirazı təşkil edənlərin uzağa gedən hədəfləri var. Əgər doğrudan da bir polis nəfəri öz vəzifəsini ləyaqətlə yerinə yetirməyibsə, o cəzalandırılacaq. Amma bütün Azərbaycan polislərinə ləkə atmaq, onu iftiralar hədəfinə çevirmək qəbuledilməzdir. Azərbaycan polisi ölkəmizdəki ictimai asayişin qorunmasında müstəsna rol oynayır. Bu gün Azərbaycan dünyanın ən sabit, təhlükəsiz ölkələrindən biridir. Bu reallığın təminatında polisin üzərinə böyük məsuliyyət düşür və onlar bu işin öhdəsindən şərəflə, ləyaqətlə gəlirlər. Sosial şəbəkədə hadisələr obyektiv işıqlandırılmalı, her şeyə düzgün, qərəzsiz və ədalətli qiymətləndirilmə edilməlidir".

Deputat qeyd edib ki, süni gölün kənd sakinlərinə həqiqətən ziyan verib-verməməsi araşdırılmalıdır:

"Süni gölün yaradılması ilə bağlı məsələyə həmin yerin müvafiq qurumları aydınlıq gətirməlidirlər. Çünki biz bu hadisəni ilk dəfə məlum kadrlarda görmüşük. Süni gölün yaradılmasının kənd sakinlərinə hansı ziyanı var, doğrudanmı ziyanı var və ya başqa motiv var, bəlkə süni göl sadəcə bəhanədir. Bu məsələlərə həmin rayonun rəhbərliyi əhatəli cavab verməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2933   Tarix: 21 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyinin əsas təminatıdır

"Uşaqlar və gənclər hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas qüvvədir. Sağlam, savadlı, dünyagörüşlü, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib nəslin yetişdirilməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Çünki ölkənin gələcək inkişafı bu gün yetişən nəslin bili

6 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr
.

Xalq artisti evdə yıxılıb xəsarət aldı

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah

6 oktyabr