Bakıda iş adamından 100 min manat tələb etdilər, maşınına od vurdular - FOTO/VİDEO
Bakıda iş adamından hədə-qorxu ilə 100 min manat tələb edən və onun avtomobilini qəsdən yandıran şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri saxlanılıblar. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedov xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü "Maqa" kimi təqdim edərək ondan 100 min manat tələb edib. Zərərçəkən qeyd edilən qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının "Lexus" markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər.
Saxlanılan şəxslər barəsində 13-cu Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2439 Tarix: 21 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrBakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini
6 oktyabrAzərbaycan Universitetinin dərs otağına yağış suları damıb
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda
6 oktyabrXalq artisti evdə yıxılıb xəsarət aldı
Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah
6 oktyabr