İcra başçısı: "11 il əvvəl yaradılan göllə bağlı məsələnin birdən-birə alovlanması narahatlıq doğurur" - VİDEO

İcra başçısı: "11 il əvvəl yaradılan göllə bağlı məsələnin birdən-birə alovlanması narahatlıq doğurur" - VİDEO"Əvvəla onu qeyd etmək istəyirəm ki, insanlarımızı narahat edən əsas məsələ ikinci göl deyil, onları narahat edən artıq 11 ildir, ərazidə olan və fəaliyyət göstərən göldür".

Bunu APA-ya müsahibəsində Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayonun Söyüdlü kəndinin sakinləri ilə görüşdən sonra deyib.

Orxan Mürsəlov bildirib ki, sakinlərə bununla bağlı yanlış informasiyalar verilib:

"Təəssüflər olsun ki, insanlarımıza da bununla bağlı dezinformasiyalar verilib. İnsanlarımızın sağlam həyat tərzi, xoşbəxtliyi bizim üçün əsas amildir. Ona görə də ölkə rəhbərinin tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən 21 iyun 2023-cü il tarixində verilən Sərəncamla yaradılan müvafiq komissiya tərəfindən Söyüdlü kəndi ərazisində, sözügedən tullantıxanada monitorinqlərin aparılması və ictimaiyyətin məlumatlandırılması həyata keçiriləcək. Komissiya üzvləri sabah rayonda olacaq və insanlarımızı narahat edən məsələ araşdırılacaq. Mən bir daha vurğulamaq istəyirəm ki, insanlarımızın narahatlığına ciddi əsas yoxdur".

İcra başçısı qeyd edib ki, bu məsələnin birdən-birə alovlanması narahatlıq doğurur:

"Biz vətəndaşlarımızla mütəmadi olaraq görüşür, onları baş verən proseslərlə bağlı məlumatlandırırıq. Dünən baş verən hadisə - insanlarımızın qanunsuz şəkildə əraziyə toplaşması, polisin qanuni fəaliyyətinə mane olması kimi hallar yolverilməzdir. 11 ildir burada fəaliyyət göstərən gölün insanlarımızda narahatlıq yaratması ilə bağlı heç bir sübut yoxdur. Məsələnin bu gün bu formada təzahür etməsi narahatlıq doğurur. Təəssüflər olsun ki, qadınlarımızın əraziyə toplaşması, polis əməkdaşlarına qarşı şiddət halları müşahidə olunub. Faktiki olaraq, polis ərazidə asayişin qorunması və şirkətin cari fəaliyyətinə maneəçilik törədilməsinin qarşısını almaq məqsədi güdüb. Polisin qanuni fəaliyyətinə qarşı təxribat xarakterli, qıcıqlandırılmış şəkildə addımlar atılması yolverilməzdir. Baş verən hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin məlumatını eşitmisiniz. Bütün məsələlər hüquqi çərçivədə həllini tapacaq. Heç bir məsələ ölkəmizdə hüquqdan xaric müzakirə edilə bilməz, hər şey hüquq çərçivəsində həll edilir. İğtişaşa cəhd edən, ərazidə təxribat formalaşdıran, məsələni lüzumsuz formada şişirdənlərə qarşı polis qanuni fəaliyyətini həyata keçirib və 5 nəfər barəsində inzibati qaydada həbs müəyyənləşdirilib, 1 nəfər isə cərimə edilib. Bundan sonra da tam ədalətli, insanlarımızın hüquqlarını qoruyacaq formada qərarlar qəbul ediləcək".

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, polis əməkdaşı qadına qarşı ciddi qəbahətə yol verib, bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək. Elşad Hacıyev onu da əlavə edib ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir:

"Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər".

Şöbə rəisinin sözlərinə görə, Söyüdlü kəndində süni gölün tikintisinə qanunsuz müdaxilə edən şəxslərlə 2 aydır ki, rayon İcra Hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb. Elşad Hacıyev deyib ki, bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslərin müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2721   Tarix: 21 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyinin əsas təminatıdır

"Uşaqlar və gənclər hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas qüvvədir. Sağlam, savadlı, dünyagörüşlü, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib nəslin yetişdirilməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Çünki ölkənin gələcək inkişafı bu gün yetişən nəslin bili

6 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr
.

Xalq artisti evdə yıxılıb xəsarət aldı

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah

6 oktyabr