İlkin Süleymanov apellyasiya şikayəti verib
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, İlkin Süleymanovun vəkilləri şikayəti Gəncə Ağır Cinayətlər Məhkəməsinə təqdim ediblər.
Şikayətdə İlkin Süleymanov barəsində bəraət hökmünün çıxarılması istənilib.
Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1012 Tarix: 22 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli
27 aprel1 yaşlı körpə pnevmaniyadan ölüb
Bakıda 1 yaşlı körpə ölüb. "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb. Körpənin pnevmaniyadan öldüyü bildirilir. Faktla bağlı araşdırmalar aparılır
28 aprelYüksək bal toplayan müəllimlər direktor ola biləcək
"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib
28 aprelAlimlərdən sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır
Tədqiqatçılar müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. "The Guardian" nəşrinə istinadən xəbər verir ki, alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərin
27 aprelŞaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı...-Foto
Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl
27 aprel