Hansı heyvanları qurbanlıq kəsmək olar? - QMİ-dən FƏTVA

Hansı heyvanları qurbanlıq kəsmək olar? - QMİ-dən FƏTVA"Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır".

BAKU.WS xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında əksini tapıb.

"Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir.
Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir", - məlumatda qeyd edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1534   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni ixtisas fonunda seçim dilemması - Gələcəyin peşələri hansılardır? (MÖVQE)

Bugünlərdə ali təhsil sisteminə bakalavriat səviyyəsində "Daşınmaz əmlakın idarə olunması" (rieltorluq) adlı yeni ixtisasın əlavə olunması diqqət çəkir. Bu sahə ilk baxışdan praktik və bazara uyğun görünür, çünki tikinti sektoru genişlənir, kirayə bazarı aktivdir və insanlar daim əmlak alqı-satqıs

27 aprel
.

Məzahir Pənahov yenidən MSK sədri seçildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli

27 aprel
.

"Ermənistan konkret kilometr ölçüsü ilə irəliləyişi vurğulaması, prosesin simvolik mərhələdən praktik fazaya keçdiyini göstərir" - ŞƏRH

"Yaxın vaxtlarda Ermənistan və Azərbaycan delimitasiya prosesini davam etdirəcəklər". Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib. O qeyd edib ki, Bakı və İrəvan indiyədə

27 aprel
.

1 yaşlı körpə pnevmaniyadan ölüb

Bakıda 1 yaşlı körpə ölüb. "Report"a istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində aprelin 26-da 2025-ci il təvəllüdlü Ağahüseyn Elşən oğlu Əliyev müayinəyə aparıldığı xəstəxanada ölüb. Körpənin pnevmaniyadan öldüyü bildirilir. Faktla bağlı araşdırmalar aparılır

28 aprel
.

Yüksək bal toplayan müəllimlər direktor ola biləcək

"Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib

28 aprel
.

Pentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yaydığına görə işdən qovuldu

Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. "CBS News" telekanalına istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında söyləyib. Nazir Endryu Haqq vəzifəsindən kənarlaşma səbəbinin onun tanışlıq tətbiqind

27 aprel
.

Alimlərdən sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır

Tədqiqatçılar müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. "The Guardian" nəşrinə istinadən xəbər verir ki, alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərin

27 aprel
.

Borca görə ölkədən çıxış qadağası: Yeni qaydalar prosesi necə sürətləndirir? - AÇIQLAMA

Borca görə ölkədən çıxışa məhdudiyyət qoyulması məsələsi son illər vətəndaşlar arasında ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Bir çox hallarda insanlar borcun mövcudluğunun avtomatik şəkildə belə bir qadağaya səbəb olub-olmadığını dəqiq bilmirlər. Bəs, borca görə ölkədən çıxışa hansı hallard

28 aprel
.

Şaiq ANAMA əməkdaşı imiş - Yaxın günlərdə ata olacaqdı...-Foto

Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb. Nəticədə, kənd sakinləri - 1996-cı il təvəllüdl

27 aprel