"Taksi qiymətlərinin ucuz olması sərnişinləri razı salsa da, xidmətin iqtisadi səmərəliliyi çox aşağıdır" - Deputat
"Son dövrlər Bakı şəhərinin taksi fəaliyyətində böyük xaos hökm sürür. Bu gün Bakı şəhərində taksilərin sayı həddindən artıq çoxdur. Statistikaya görə gün ərzində 67 min taksi şəhərdə hərəkət edir. Bakı şəhəri üçün bu çox böyük rəqəmdir və tıxacların yaranmasına səbəb olur".
Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a deyib.
Deputat qeyd edib ki, Azərbaycanda taksi xidmətləri digər ölkələrlə müqayisədə çox ucuzdur. Qiymətlərin ucuz olması bəzi sərnişinləri razı salsa da, xidmətin səviyyəsi və iqtisadi səmərəliliyi çox aşağıdır:
"Taksilərin yaratdığı tıxaclar nəticəsində avtobuslar vaxtında dayanacaqlara çata bilmir və nəticədə dövriyyədə olan avtobusların sayları azalır. Eyni zamanda taksilərin sayının həddindən artıq olması avtobusların dayanacaqlarının zəbt olunmasına gətirib çıxarır. Dayanacaqdan kənarda saxlamağa məcbur olan avtobuslar əlavə sıxlığa və tıxaca səbəb olur.Azərbaycanda taksi xidmətləri digər ölkələrlə müqayisədə çox ucuzdur. Qiymətlərin ucuz olması bəzi sərnişinləri razı salsa da, xidmətin səviyyəsi və iqtisadi səmərəliliyi çox aşağıdır. Bakının küçələrində xarici görünüşünə əsasən köhnə, əzilmiş vəziyyətdə olan, texniki cəhətdən nasaz taksilər çoxluq təşkil edir. Digər tərəfdən qiymətlərin ucuz olması səbəbindən taksi sürücüləri sutka ərzində 12-13 saat işləmələrinə baxmayaraq çox az qazanc əldə edirlər. Nəticədə taksi sürücülərinin əmək hüquqları pozulur. Taksi sürücülərinin qeyri-peşəkarlığı nəticəsində ağır yol nəqliyyat hadisələri törədilir və nəticədə insan həyatına son qoyulur. Bakı şəhərində gün ərzində 67 min taksinin hərəkət etməsinə baxmayaraq, "Fərqlənmə nişanı" alan taksilərin sayı 1896 ədəd olmuşdur.
Etik davranış qaydalarına riayət etməyən, sərnişinlərlə kobud rəftar edən taksi sürücülərinə tez-tez rast gəlinir. Bu barədə sərnişinlər dəfələrlə müvafiq orqanlara şikayət etmişdilər. Digər tərəfdən gediş haqqının kartla ödəniş edilməsində də böyük problemlər mövcuddur. Bütün bu çatışmamazlıqların, neqativ halların aradan qaldırılması üçün təklif olunan qaydalar taksi xidmətinin keyfiyyətinin artırılmasına, eləcə də sərnişinlərin təhlükəsiz şəkildə mənzil başına çatdırılmasına böyük fayda verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?