Fərid həyat yoldaşını və 8 aylıq körpəsini niyə öldürüb? - Qonşular DANIŞDI - VİDEO
"Fərid çox tərbiyəli oğlan idi. Elə ailəsi də. 2008-ci ildən burada yaşayırlar. Çox mehriban ailə idilər. Heç vaxt Fəriddən də, ailəsindən də səhv hərəkət görməmişik".
Sonxeber.az xəbər verir ki, bu sözləri news24.az-a 20 yaşlı həyat yoldaşını və 8 aylıq körpəsini qətlə yetirən Fərid Hüseynlinin qonşuları danışıb.
Onlar bildiriblər ki, Fərid taksi fəaliyyəti ilə məşğul olurdu:
"İşə gedib evə gəlirdi. Nə pis vərdişi var idi, nə də ki psixoloji problemi. Eşidəndə heç inanmadıq ki, bu ailədə belə hadisə baş verər. Çünki çox yaxşı ailə olub. Qətlin niyə törədildiyini bilmirik. Qızı da heç vaxt küçədə-bayırda görmürdük. Fərid komadadır, oyansa, hər şey aydın olacaq. Heç bir ata övladını öldürməz, hər şey üzə çıxacaq".
Xatırladaq ki, dəhşətli hadisə Hökməli qəsəbəsində baş verib. İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib. Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5608 Tarix: 22 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrBakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini
6 oktyabrAzərbaycan Universitetinin dərs otağına yağış suları damıb
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda
6 oktyabrXalq artisti evdə yıxılıb xəsarət aldı
Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah
6 oktyabr