Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
Azərbaycan ərazisində iyunun 23-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22, gündüz 25-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Axşam yağıntılar tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1873 Tarix: 22 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aqşin Fatehə ağır itki
Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!
7 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrBakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini
6 oktyabrAzərbaycan Universitetinin dərs otağına yağış suları damıb
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda
6 oktyabrXalq artisti evdə yıxılıb xəsarət aldı
Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah
6 oktyabr