Sumqayıtda məktəb direktoru ilə bağlı İDDİA: "Növbəni dəyişmək üçün hər şagirddən 50 manat yığırlar"

Sumqayıtda məktəb direktoru ilə bağlı İDDİA: "Növbəni dəyişmək üçün hər şagirddən 50 manat yığırlar"Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul yığdığı iddia edilir.

Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, paylaşımdakı iddialara görə, Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəbin direktoru siniflərin ikinci növbədən birinci növbəyə keçirilməsi üçün pul toplayır:

"Sinifdə hər şagirddən 50 AZN tələb edilir. Bir sinifdə 38 şagird olarsa, 1 900 manat rahatlıqla yığılır. Yeni nazir təyin olunanda sevindik ki, gənc kadr təhsilimizə yenilik gətirəcək. Çox təəssüf ki, məktəblərdə təhsil əvəzinə, şagirdlərə rüşvətxorluq öyrədilir. Uşağın məktəbə yerləşdirilməsindən tutmuş bütün tədbirlərin keçirilməsində rüşvət tələb olunur. Açıq bazardır. Hətta "WhatsApp" qrupları yaradılır və rüşvət yığılır".

Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəbdən şikayətçi olan valideyn Cəmil Şeydayev açıqlamasında deyib ki, övladının keyfiyyətli təhsil alması üçün əlindən gələni edir, lakin əsassız yerə heç kimə rüşvət vermək fikri yoxdur:
"Mənim övladım həmin məktəbin 4-cü sinfində oxuyur. Bu il 5-ci sinfə keçir. Valideynlər arasında qrup yaradıblar. Həmin qrupda paylaşıblar ki, siniflərin növbəsini dəyişdirmək istəyənlər hər şagird üçün 50 manat verməlidirlər. Əvvəlcə 35 manatdan razılaşmışdılar, sonra dedilər ki, yox, azdır. Valideynlərə deyirlər ki, yaxşı müəllimlərimizi birinci növbəyə keçirmişik. Kim ki pulu verəcək, onun uşağı birinci növbədə olan sinfə keçiriləcək. Kim ki pul verməyəcək, o uşaq ikinci növbədə olan siniflərdən birinə keçiriləcək. Valideynlərin bir qisminə uşağının səhər növbəsi məktəbə getməsi sərf edir, bir qisminə isə yox. Mənim üçün önəmli olan uşağımın normal təhsil almasıdır. Bu qədər olmaz axı, hər şey üçün pul istəyirlər. Uşaqlara deyirlər ki, gedin özünüzə sinif tapın.

Məktəb direktoru valideyn komitəsinin sədrinə deyir, o da valideynlərə. İndi gedib direktora desək ki, pul yığırsınız, deyəcək, yox. Mən bu məsələ ilə bağlı sosial şəbəkələrdə də paylaşım etmişəm. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələni görüb, araşdıracaqlar. Belə nə qədər davam edə bilər? Dövlət məktəbinə də pul verəcəyəmsə, elə uşağı çıxarıb özəl məktəblərdən birinə qoyaram, aylıq, illik də müəyyən məbləğ ödəməli olduğumu bilərəm".

Məsələ ilə bağlı Sumqayıt Şəhər Təhsil Şöbəsinə sorğu ünvanlanıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2636   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib. Axşam.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb. Allah rəhmət eləsin!

7 oktyabr
.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyinin əsas təminatıdır

"Uşaqlar və gənclər hər bir cəmiyyətin gələcəyini müəyyən edən əsas qüvvədir. Sağlam, savadlı, dünyagörüşlü, vətənpərvər və yüksək mənəvi dəyərlərə sahib nəslin yetişdirilməsi dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Çünki ölkənin gələcək inkişafı bu gün yetişən nəslin bili

6 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək

Bakının bəzi rayonlarında suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlı Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərini

6 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr
.

Heyvanlara qarşı zorakılıq artır: Cəzaların sərtləşdirilməsi gündəmdə - VƏKİLDƏN AÇIQLAMA

Bakıda hamilə itin çoxmərtəbəli binanın pəncərəsindən aşağı atılaraq öldürülməsi cəmiyyətdə heyvanlara qarşı zorakılıq məsələsini yenidən gündəmə gətirib. Hadisə ilə bağlı şəxsin saxlanılması və inzibati qaydada cəzalandırılması məsuliyyət məsələsini önə çıxarsa da, əsas sual olaraq qalır: heyvanlar

7 oktyabr
.

Xalq artisti evdə yıxılıb xəsarət aldı

Xalq artisti, aparıcı Ofeliya Sənani ötən gün xəstəxanalıq olub. axşam.az-a istinadən xəbər verir ki, aparıcı evində yıxılıb. Hadisə ilə bağlı təcili tibbi yardım çağırılıb. Yıxılma nəticəsində O. Sənaninin ayağı zədələnib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir. Qeyd edək ki, Ofeliya Sənani dah

6 oktyabr