Bakıda daha bir tələbə porno səhifəyə görə cəzalandırıldı

Bakıda daha bir tələbə porno səhifəyə görə cəzalandırıldıTeleqram sosial şəbəkəsində pornoqrafik səhifələr yaradan və ödəniş müqabilində səhifələrinə üzvlər qəbul edən daha bir tələbə cəzalandırılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağsu sakini, 1999-cu il təvəllüdlü E.Əliyev (şərti) Cinayət Məcəlləsinin 171-1.1 və 242-ci (Uşaq pornoqrafiyası və pornoqrafik materialları qanunsuz yayma) maddələri ilə məsuliyyətə cəlb edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olan həmin şəxs barədə toplanmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin cəzası şərti hesab edilməklə 1 il 6 ay sınaq müddəti təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, tələbə sosial şəbəkələrdən topladığı, əsasən zorlama, zoofil və uşaq pornoqrafiyasına aid pornoqrafik görüntüləri 2022-ci ilin avqust-dekabr ayları arasında teleqramda yaratdığı "****hub" və digər iki səhifədə yerləşdirib. O, yerləşdirdiyi görüntülərə marağın olması, bəzi üzvlərin ondan daha fərqli videolar tələb etməsindən sonra səhifələrini qapalı edib və ödəniş edən şəxslər üçün kanalı açırmış. Bunun müqabilində E.Əliyev hər üzvdən 10-20 manat pul alırmış. O bank kartını həmin şəxsə göndərərək pulu hesabına köçürməsini istəyirmiş və daha sonra açıq linki həmin şəxsə göndərirmiş.

Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyətini, onun ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunması və oxuduğu universitetin savadlı tələbəsi olmaqla ingilis dilində təhsil alması, gəncliyi, gələcək həyatı, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması nəzərə alınıb. Bu səbəbdən E.Əliyevə şərti cəzanın verilməsi qərara alınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl daha bir tələbə oxşar əməllərə görə cəzalandırılmışdı.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3774   Tarix: 22 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Korrupsiya xəbərini verən işçiyə təzyiqin qarşısı necə alınacaq?

Korrupsiya barədə məlumatlara 20 iş günü ərzində baxılacaq. Qaynarinfo-nun məlumatına görə, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarl

6 oktyabr
.

"Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz"

Süni intellektin ruhu olmadığı üçün ibadətdə insanın yerini tuta bilməz. "Report"a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında çıxışı zamanı deyib. Onun sözlərin

7 oktyabr
.

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat

6 oktyabr
.

Universitet seçimi: Reytinq önəmlidir, yoxsa gələcək iş imkanı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Universitet seçimi abituriyentin qarşısında duran ən vacib qərarlardan biridir. Bu seçim zamanı yalnız universitetin reytinqinə diqqət yetirmək gələcək karyera üçün kifayət etmir. İxtisasın əmək bazarında tələbatı, məzun olduqdan sonra iş imkanları və həmin sahədə inkişaf perspektivləri də nəzərə alınmalıdır

7 oktyabr
.

Məktəb bufeti və toylarda zəhərlənmə halları: İnsanlar özünü necə qoruya bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məktəb bufetində şagirdlərin, ardınca toy mərasimində onlarla insanın zəhərlənməsi qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Gəncədə məktəb bufetində zəhərlənmə hadisəsindən sonra obyektin fəaliyyəti məhdudlaşdırılıb, Kürdəmir rayonunda isə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəs

6 oktyabr
.

Azərbaycan Universitetinin dərs otağına yağış suları damıb

"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda

6 oktyabr
.

Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər

Fərdi yaşayış evlərinin tikintisi zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması həm tikinti prosesində işçilərin həyat və sağlamlığı üçün, həm də sonradan evdə yaşayan insanların təhlükəsizliyi üçün ciddi risklər yarada bilər. Xüsusilə bünövrə və daşıyıcı konstruksiyaların düzgün qurulmaması, elektri

7 oktyabr
.

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. "Report" xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yen

6 oktyabr
.

"Kənd yumurtası"ndan embrion çıxdı: Nə etmək lazımdır? - Ekspertdən AÇIQLAMA

Mağazalarda "kənd yumurtası" adı ilə satılan məhsulların keyfiyyəti və təhlükəsizliyi istehlakçılar üçün mühüm məsələlərdəndir. Yumurtanın içindən embrion çıxması onun mayalanmış olması ilə bağlı ola bilər, lakin məhsulun saxlanma şəraiti və temperatur rejimi də bu prosesə təsir göstərə bilər

7 oktyabr