"Rəqəmsallıq texnologiyadan əlavə,bir mədəniyyətdir" - Elvin Abbasov
İstiqamət: İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
"Rəqəmsallıq texnologiyadan əlavə, bir mədəniyyətdir. Bizim alışqanlıqlarımızı, vərdişlərimizi dəyişəcək. Bu, özü özlüyündə ağrılı bir prosesdir. Dövlət nə qədər öz üzərinə düşəni etsə, rəqəmsal mühitin təkmilləşməsində müxtəlif addımlar atsa da, vətəndaşların da səriştəsinin artması, maariflənməsi, vətəndaş mövqeyinin yeni dövrə inteqrasiya olunması lazımdır".
Bu sözləri KT mütəxəssisi Elvin Abbasov Sonxeber.az-a deyib.
O qeyd edib ki, Azərbaycan yaxın zamanda regionda ən güclü rəqəmsal xidmətləri olan ölkəyə çevriləcək:
"Hazırda Azərbaycanda dövlət qurumları, özəl sektor, banklar yavaş-yavaş öz xidmətlərini rəqəmsallaşdırırlar. Ölkəmizdə iki ildən çoxdur ki, rəqəmsal transformasiyanıın alt motivlərinin hazırlığı, yenidenqurma işləri gedir. Bunlardan əsas hissə yəni rəqəmsallığın tam təmin olunması üçün güclü internet infrastruktur lazımdı. Ona görə ilk addım da bu olmuşdu. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üçün ilk öncə əsas iş Azərbaycanın ən ucqar kənd və rayonlarında sürətli internetin əlçatlığı idi və bu müddətə az qalmasına bamayaraq Azərbaycanda 1.100.000 ailə fiberoptik internet ilə təmin olunub. Hazırda yaxın günlərdə kibertəhlükəsizlik istiqamətində ölkədə yeni qanunların təkmilləşmə prosesi gedir və əlavə olaraq bir çox qurum rəqəmsal xidmətlərin payını artırır, ənənəvi xidmətlərini rəqəmsal xidmətlərə çevirirlər. Rəqəmsallıq texnologiyadan əlavə bir mədəniyyətdir. Bizim alışqanlıqlarımızı, vərdişlərimizi dəyişəcək. Bu, özü özlüyündə ağrılı bir prosesdir. Dövlət nə qədər öz üzərinə düşəni etsə, rəqəmsal mühitin təkmilləşməsində müxtəlif addımlar atsa da, vətəndaşların da səriştəsinin artması, maariflənməsi, vətəndaş mövqeyinin yeni dövrə inteqrasiya olunması lazımdır. Bu istiqamətdə Azərbaycan bir neçə ildir yeni addımlar atsa da, hələ də fundamental həlləri gedir. Ölkədə internet infrastrukturunun şəbəkəsinin yenidən qurulması, insan resurslarına çevrilməsi və infrastrukturun möhkəmlənməsi, rəqəmsal xidmətlərə keçidi paraleldi. Bu meyarlarla dəyərləndirsək, Azərbaycan yaxın zamanda regionda ən güclü rəqəmsal xidmətləri olan ölkəyə çevriləcək. Rəqəmsallıq bir metoddur. Bunun hər biri insan faktoruna söykənir. Yəni, o texnologiyanı istifadə edəcək, o ağllı kəndlərdə yaşayacaq, o həlləri yaradacaq və istifadə edəcək . İnsanların maariflənməsi, rəqəmsal səriştəliliyə köklənməsi lazımdır ki, yaradılan infrastrukturdan istifadə edə bilək və qoyulan investisiya ölməsin".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi
Bakının böyük ərazisi və Abşeronun bir hissəsində su kəsiləcək
Pensiyalar bu tarixdə ödəniləcək
Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Bakıda yeni dəmir yolu tıxacları azaldacaq? - Ekspertdən AÇIQLAMA
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Xalq artisti evdə yıxılıb xəsarət aldı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir
Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Türkiyə müharibənin astanasında? Qara dənizdə hücumlar, Səudiyyədə hərbi hazırlıq
Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?