İranda prezidentin istefası tələb olundu - VİDEO
Bu günlərdə İbrahim Rəisinin İran prezidenti seçilməsinin iki ili tamam olub. Həmin münasibətlə o, İran dövlət televiziyasına canlı yayımda təqribən saat yarımlıq müsahibə verib, hökumətin daxili və xarici siyasətinə dair məsələlərdən bəhs edib.
Lakin elan edildiyinin əksinə olaraq, Rəisi artıq yarısı arxada qalmış prezidentlik müddətinin hesabatını vermək əvəzinə, daha çox əvvəlki hökumətin fəaliyyətini təftiş edib və ölkədəki ağır sosial-iqtisadi durumun günahını başqalarının boynuna atmaq yolunu tutub.
İran prezidentinin guya xalqa hesabat vermək adı ilə belə bir üsula əl atması və başçılıq etdiyi hökumətin səriştəsizliyini ört-basdır etməyə çalışması əks nəticə verib və ölkənin siyasi dairələrinin, bütövlükdə cəmiyyətin ciddi tənqidləri ilə üzləşib, hətta sosial şəbəkələrdə məsxərə obyektinə çevrilib.
Məsələn, özünün prezident seçildiyi 2021-ci il seçkilərindən danışarkən, Rəisi iddia edib ki, həmin vaxt ölkədəki ağır durumu və əhalinin ümidsizliyini nəzərə alaraq, vətəndaşların seçkidə fəallığını artırmaq və iştirakını yüksəltmək üçün namizədliyini irəli sürüb. Halbuki Rəisinin prezident postuna yiyələndiyi 13-cü prezident seçkiləri İslam Respublikası tarixində ən aşağı seçici fəallığının müşahidə olunduğu seçkilər olub və səsvermə hüququ olan vətəndaşların cəmi 48 faizi seçkilərdə iştirak edib.
Müqayisə üçün deyək ki, əvvəlki – 2017-ci ilin prezident seçkilərində iştirak dərəcəsi 73% olub. Bu kontekstdə İbrahim Rəisinin sözləri iranlı sosial şəbəkə istifadəçilərindən birinin acı rişxəndi ilə üzləşib və onun münasibəti bəzi İran saytlarında da işıqlandırılıb. Həmin istifadəçinin paylaşdığı şəkillərdə: "Seçkilərə qatılmağımın səbəbi iştirak faizinin yüksək olması idi, nəticədə seçkilərdə iştirak özünün ən aşağı səviyyəsinə çatdı" – sözləri yazılıb!
"Azad İran" "Youtube" kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1734 Tarix: 24 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
5 oktyabrLitva ordusu ABŞ-dən döyüş dronları alıb
Litva Silahlı Qüvvələri "Switchblade 600" döyüş dronlarının ilk partiyasını alıb. "Report" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Dronları Litvaya ABŞ-nin "AeroVironment" şirkəti tədarük edir. "Switchblade 600"
7 oktyabrFoto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
5 oktyabrİstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib
6 oktyabrFransada etirazlar fonunda 1 800 məktəb bağlanıb
Fransada yuxarı sinif şagirdlərinin davam edən etirazları çərçivəsində 1 800 orta məktəb bağlanıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası yuxarı sinif şagirdlərinin həmkarlar ittifaqına istinadən məlumat yayıb. "1 800 orta məktəbin fəaliyyəti ya dayandırılıb, ya da orada nümayişlə
6 oktyabrABŞ-da kişi 1 milyon dollar dəyərində almaz tapdı
ABŞ sakini Cek Piradin 12 ildən artıqdır almaz axtarışı ilə məşğuldur. O, Arkanzas ştatında çəkisi 6,03 karat olan almaz tapıb. Daşın dəyəri 1 milyon dollara çata bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "New York Post" yazıb. Piradin Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikd
7 oktyabrTramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək
ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs
6 oktyabrİran Hörmüz boğazına nəzarəti tamamilə itirib - Rubio
İran Hörmüz boğazına nəzarəti tam itirib. "Al-Jazeera" telekanalının məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, İran nüvə proqramı ilə bağlı ABŞ ilə razılaşma əldə etmək üçün yaranmış "bir çox imkanlardan" istifadə edə bilməyib. O, Yunanıstand
7 oktyabr