XİN-də Azərbaycan - ÜƏMT əlaqələri müzakirə edilib

XİN-də Azərbaycan - ÜƏMT əlaqələri müzakirə edilibXarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüş zamanı əqli mülkiyyətin qorunması sahəsində beynəlxalq tərəfdaşlıq, eləcə də Azərbaycanla ÜƏMT arasındakı mövcud əməkdaşlıq əlaqələri müzakirə edilib.

C.Bayramov Azərbaycan Respublikasının aidiyyəti qurumları ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək, əqli mülkiyyət üzrə işlərin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyətin bir sıra istiqamətləri barədə məlumat verib. Nazir diqqəti eyni zamanda, Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalı dövründə yer adlarımızın dəyişdirilməsi, Azərbaycana məxsus olan mədəni sərvətlərin və mədəni irs obyektlərinin Ermənistan tərəfindən talan edilməsi və ya adlarının dəyişdirilməsi, Azərbaycana məxsus digər mədəni irs nümunələrinin Ermənistan tərəfindən mənimsənilməsinə yönəldib.

Nazir, eyni zamanda, müqabil tərəfi post-münaqişə dövründə Azərbaycan tərəfindən aparılan intensiv yenidənqurma və bərpa prosesləri barədə məlumatlandırıb. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinin başlamasını qeyd edərək, bu prosesə başlıca əngəl kimi Ermənistan tərəfindən basdırılmış mina təhlükəsindən danışıb.

Müqabil tərəf, öz növbəsində Azərbaycanla təşkilat arasındakı mövcud əməkdaşlıqdan məmmunluğunu, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin bir sıra ölkələrin bu sahədə fəaliyyəti üçün nümunə təşkil etdiyini bildirib. O, Azərbaycanın bu sahədə beynəlxalq əməkdaşlığa dəyərli töhfə verdiyini qeyd edib.

Hasan Kleyb eyni zamanda əqli mülkiyyət sahəsində təhsil istiqamətində Azərbaycanla Təşkilat arasında əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 737   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12 iyul
.

Kral ailəsi qələbəyə belə sevindi - Video

İspaniya millisinin 2026-cı il dünya çempionatının finalına yüksəlməsi ölkədə böyük sevinc yaradıb. "Qafqazinfo" xəbər verir ki, kral ailəsinin də İspaniyanın DÇ-nin finalına vəsiqə qazanmasını sevinclə qarşıladığını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, Kral V

15 iyul
.

Günəşdə güclü partlayışlar ola bilər

13-14 iyul tarixlərində Günəşdə partlayış aktivliyinin aşağı olacağı, eyni zamanda sondan əvvəlki güc sinfinə məxsus partlayışların ola biləcəyi gözlənilir. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "13 və 14 iyul tarixlərində Günəşdə partlayı

13 iyul
.

Fransa mediası süni intellektlə dezinformasiya yayır?

Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın

12 iyul
.

İran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi

Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik

12 iyul
.

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql

12 iyul
.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12 iyul
.

"Çelsi"nin keçmiş sahibi vəfat etdi

İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına

12 iyul