"Makron regionda vəziyyəti gərginləşdirmək əvəzinə yaxşı olardı ki, öz ölkəsində sabitliyi və firəvanlığı təmin etsin" - DEPUTAT
"Makron prezident seçildiyi vaxtdan bu günə qədər anti-türk siyasətini davam etdirməkdədir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, bu gün Fransa regionda vəziyyəti gərginləşdirmək və Cənubi Qafqazda davamlı sülhün yaradılmasına mane olmağa çalışır:
"44 günlük Vətən müharibəsindən sonra Fransa regionda yaranmış yeni reallıqlarla barışmaq istəmir. Ona görə də müxtəlif yollarla sülh prosesini ləngitməyə çalışır. Fransa dövlətinin və prezidentinin atdığı addımlar, verdiyi açıqlamaların hər biri regionda vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir. Makronun proseslərə təzyiq cəhdləri ilə bağlı söylədiyi fikirlər isə uydurmadan başqa bir şey deyil".
Deputat vurğulayıb ki, Makron regionda vəziyyəti gərginləşdirmək əvəzinə yaxşı olardı ki, öz ölkəsində sabitliyi və firəvanlığı təmin etsin:
"Bu gün Makron demokratiyadan və söz azadlığından danışsa da, öz ölkəsində söylədiklərini tətbiq etməkdən acizdir. Fransada irqi ayrı-seçkilik zəmində insanların öldürülməsi və döyülməsi buna sübutdur. Makron xalqı qarşısında inamını çoxdan itirib. Son günlər Fransada baş verən aksiyalar Makronun uğursuz siyasətinin sonunun gəldiyinin göstərir. Fransada insanlar küçələrə axışır, ölkədə yaranmış irqi ayrı-seçkiliyə yox deyirlər. Bütün bu baş verənlərin hər biri Makronun siyasi karyerasının sona çatdığının göstəricisidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1656 Tarix: 04 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrKimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini
5 oktyabrTələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat
Abşeron rayonunda tələbənin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Yaqub Məmmədovun (soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm
6 oktyabr"Filmlərdə qəhrəman əzilir" - kinorejissor Ayaz Salayevlə MÜSAHİBƏ
"Sovet dövründə çəkilən filmlər daha çox baxılır nəyinki indiki dövrdə çəkilənlər. Mənə elə gəlir ki, səbəblərdən biri ondan ibarətdir ki, o dövrdə filmlər dəmir pərdə şəraitində çəkilib". Bu sözləri -a müsahibəsində kinorejissor Ayaz Salayev bildirib. Müsahibənin tam versiyasını aşağıdan izləy
6 oktyabrRamiz Mehdiyevin ittihamı oxunacaq - Bu gün məhkəməsidir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə dövlətçili
5 oktyabrBakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?
Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd
6 oktyabrAzərbaycan Universitetinin dərs otağına yağış suları damıb
"Kiçik tutumlu auditoriyalardan birində su sızması olub". Bu barədə -in sorğusuna cavab olaraq Azərbaycan Universitetinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:. "Videoda
6 oktyabr