Sosial mediada zəlzələ panikası yaradanlar prokurorluğa çağırılacaq? – AÇIQLAMA

Sosial mediada zəlzələ panikası yaradanlar prokurorluğa çağırılacaq? – AÇIQLAMAİyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata görə, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf ərazilərində 5-4 bala qədər hiss olunub.

Maraqlısı isə odur ki,, zəlzələdən çox insanları sosial şəbəkələrdə yayılan yalan xəbərlər panikaya salıb. Belə ki, sosial şəbəkələrdə yalan zəlzələ tarixləri, videoları paylaşılıb. Hətta Türkiyədə baş verən zəlzələdəki görüntüləri paylaşaraq ölkəmizdə olduğu qeyd olunub.

Bəs, insanları panikaya salan məlumatlar paylaşan şəxsləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı Lent.az-a danışan hüquqşünas Şamil Paşayev sosial şəbəkələrdə insanların panikasına səbəb olan informasiyaları yayan şəxslər prokurorluğa dəvət olunma ehtimalları olduğunu bildirib:

"Qanunun tələbinə görə, onlara xəbərdarlıq edilə və yenidən belə bir hal baş verərsə, inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Eyni zamanda, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə, fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinə görə, insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar da yayılması qadağan edilən informasiya hesab edilir və yerləşdirilməsinə yol verməməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2285   Tarix: 04 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah hava çiskinli olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimal

26 fevral
.

Bakıya yağış, rayonlara qar yağıb

Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qa

25 fevral
.

İmsak vaxtı azan oxunarkən su içmək orucu pozur?

Ramazan ayında sahur oruca hazırlığın əsas mərhələsi hesab olunur. İmsak vaxtına yaxın azanın oxunması orucun başlama anını göstərir. Bu vaxt su içməyin caiz olub-olmaması ilə bağlı suallar tez-tez səslənir. Qaynarinfo mənbələrə istinadən xəbər verir ki, azan imsak vaxtının daxil olduğunu xəbər verir

24 fevral
.

Bakıda tanınmış aparıcının bloqer qızı qəzaya düşdü

Bakıda məşhur bloqer avtoqəzaya düşərək xəsarət alıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qeydə alınıb. Nuray Muxtarovanın idarə etdiyi "Chevrolet" markalı avtomobil kəsişmədə başqa bir maşınla toqquşub. Qəza zamanı xəsarə

26 fevral
.

Gültəkin Hacıbəyli ifadə verdikdən sonra sərbəst buraxıldı (YENİLƏNİB)

Gültəkin Hacıbəyli sərbəst buraxılıb. APA xəbər verir ki, Gültəkin Hacıbəyli Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb. * 24.02.2026 / 18.45. Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. APA-nın əldə etdiyi məlumat

25 fevral
.

Xaricdəki prestijli ali məktəbə qəbul olmaq üçün əsas şərt maddi imkanlardır, yoxsa bilik və əzmkarlıq? - AÇIQLAMA

Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan NYU Shanghai universitetinə tam təqaüdlə qəbul alan ilk azərbaycanlı şagird kimi tarixə düşüb. Onun qazandığı təqaüdün illik məbləği 82 min ABŞ dollarıdır. Məlumat sosial şəbəkələrdə yayıldıqda

25 fevral
.

Vətəndaş işğaldan azad olunmuş ərazilərdə öz evini özü tikməlidir? - AÇIQLAMA

Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdəki evlərini özlərinin tikməsi ilə bağlı təklif irəli sürülüb. Bu barədə deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında danışıb. "Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet

25 fevral
.

"Regional Hospital"ın 824 min manatdan çox vergi borcu üzə çıxdı

"Regional Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu üzə çıxıb. "Unikal"a istinadən xəbər verir ki, "Regional Hospital"ın hazırda dövlətə 824 min 946 manat vergi borcu mövcuddur. Qeyd edək ki, nizamnamə kapitalı cəmi 4 AZN olan MMC-nin direktor

25 fevral
.

Xalq artistinin qızı nəvəsinə hücum edib - İddia

Mərhum Xalq artisti Roza Cəlilovanın ölümündən sonra ailəsində yeni qalmaqal yaşanıb. xəbər verir ki, bu barədə OLAY-a sənətkarın oğlu Zahid Aslanovun ailəsi məlumat verib. İddia olunub ki, sənətçinin rəsmi sənədlərdə bacısı qızı kimi qeyd olunan Yeganə Aslanova anasının ölümünü qardaşına və ailəsin

25 fevral