Xüsusi razılıq olmadan avtomobillə sərnişin və yük daşınması qaydalarını pozanlarla bağlı yeni cərimələr müəyyənləşir

Xüsusi razılıq olmadan avtomobillə sərnişin və yük daşınması qaydalarını pozanlarla bağlı yeni cərimələr müəyyənləşirXüsusi razılıq olmadan avtomobillə sərnişin və yük daşınması qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

Sonxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulmasına görə aşağıdakı cərimələr nəzərdə tutulur:

- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.

- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə 40 manat məbləğində cərimə olunacaq.

- Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə 50 manat məbləğində cərimə olunacaq.

- Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir

- Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkilinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər isə 1 200 manat məbləğində cərimə ediləcək.

- Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə Azərbaycan ərazisində ölkədaxili sərnişin və yük daşımalannın yerinə yetirilməsinə görə 400 manat məbləğində cərimə olunacaq.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 954   Tarix: 14 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

AzTV 1 milyon manatlıq nə alır?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib. -ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir. Satınalma çərçivəsind

6 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb

"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb

5 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr