"CinemaPlus"da "Qeyri-mümkün missiya" filminin premyeradan öncə nümayişi keçirilib
"Amburan Mall" ticarət mərkəzində (Bilgəh qəsəbəsi) yerləşən "CinemaPlus" premium kinoteatrında "Paramount Pictures"ın istehsalı olan "Qeyri-mümkün missiya: Ölümcül intiqam, 1-ci hissə" adlı Amerika casus döyüş filminin premyeradan öncə nümayişi keçirilib. Bu, "Qeyri-mümkün missiya" franşizasında yeddinci filmdir və büdcəsi 290 milyon dollar təşkil edir.
Rejissor və ssenari müəllifi – Kristofer Makuorri.
Filmdə baş rolu Tom Kruz ifa edir. Eləcə də Rebekka Ferqyuson, Heyli Etvell, Pom Klementeff, Vanessa Kirbi, Saymon Peqq, Şey Uiqem, Keri Elves, Rob Delani və İndira Varma çəkiliblər.
Film haqqında qısaca: İtan Hant və onun komandası yenidən təhlükləli tapşırığa başlayırlar. Bu dəfə onlar bütün bəşəriyyəti məhv edə biləcək ölümcül silahın axtarışına çıxırlar və onun səhv əllərə keçməməsinə çalışırlar. Milyardlarla insanın həyatını xilas etmək üçün ölümcül yarış başlayır. Baş qəhrəman qüdrətli Qabriel ilə üzləşməli olacaq və qələbə qazanmaq üçün əzizlərini qurban verməyə belə məcbur ola bilər.
Tədbirdə şou-biznes ulduzları, jurnalistlər, blogerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirin təşkilində Brand Media Groups, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "A1" rəqs qrupu, "Luxury party 360" selfi videoçəkiliş, "Чёткая" Organic vodka, Bonaqua və Red Bull dəstək göstəriblər.
Qeyd etmək istərdik ki, film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, "Qeyri-mümkün missiya: Ölümcül intiqam" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1529 Tarix: 14 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA
Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini
5 oktyabrAzTV 1 milyon manatlıq nə alır?
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib. -ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir. Satınalma çərçivəsind
6 oktyabrGürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın
5 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabrBakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?
Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd
6 oktyabrBəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək
Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq
5 oktyabrPakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb
"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb
5 oktyabrQızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?
Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril
6 oktyabrAQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək
Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub
5 oktyabr