Bakı şəhər prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər prokurorluğunda I yarımilə həsr olunan əməliyyat müşavirəsi keçirilibAzərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Bakı şəhərinin prokurorluq orqanları bu ilin birinci yarımilliyi ərzində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirib.

Sonxeber.az xəbər verir ki, əvvəlcə müşavirə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Müşavirəni giriş nitqi ilə açan Baş prokuror Kamran Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan edildiyini qeyd edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə məlumat verib.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, dövlətimizin başçısı Prezident İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə müvəffəqiyyətlə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə inkişaf və tərəqqinin qeydə alındığı vurğulanıb.

Ölkədə kriminogen durumun nəzarətdə saxlanması, sabitliyinin təmin olunması, vətəndaşların hüquq və mənafelərinin qorunması sahəsində paytaxtın prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durduğu qeyd edilib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2020-ci ilin may ayından etibarən ölkə prokurorluğunda aparılan islahatlar nəticəsində prokurorluq orqanlarına olan etimadın artdığını bildirərək, hesabat dövründə paytaxtın prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birgə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması, Baş prokurorun rəhbər göstərişlərinin icrası istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, bu ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8552 cinayət hadisəsi qeydə alınıb və onların 88,5 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ilin birinci yarımilində törədilən 24 qəsdən adam öldürmə və 11 qəsdən adam öldürməyə cəhd cinayətlərinin, həmçinin ötən illərdən bağlı qalan 1 qəsdən adam öldürmə cinayətinin açılması təmin edilib.

Özünü öldürmə həddinə çatdırma, qəsdən sağlamlığa ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, qaçaqmalçılıq, xuliqanlıq, narkotik vasitələrlə bağlı cinayətlərin sayı azalmış, iqtisadi sahədə, o cümlədən korrupsiya, qulluq mənafeyi və mülkiyyət əleyhinə olan cinayətlərin sayında isə artım müşahidə olunub.

Qeyd edilmişdir ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 122 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 %-nin ödənilməsi təmin olunub.

Hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılmış, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilmiş, 1 nəfərə irad tutulmuş, 1 nəfər tutduğu vəzifədən azad edilib.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev müşavirəyə yekun vuraraq Bakı şəhər prokurorluğunun struktur qurumları və tabe rayon prokurorluqlarının hər birinin fəaliyyətini təhlil edərək, daxili işlər və digər hüquq mühafizə orqanları ilə işgüzar münasibətlərin davam etdirilməsi, ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması, maddi ziyanın ödənilməsi, ərizə və müraciətlərə baxılması zamanı vətəndaş məmnunluğunun təmin olunması, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi sahəsində işlərin səmərəliliyinin daha da artırılması istiqamətində konkret tapşırıqlar verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 752   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

AzTV 1 milyon manatlıq nə alır?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib. -ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir. Satınalma çərçivəsind

6 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb

"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb

5 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr