Rəşad Nəbiyevin "super nazir"ə qarşı başladığı savaş uğur qazanacaqmı?

Rəşad Nəbiyevin "super nazir"ə qarşı başladığı savaş uğur qazanacaqmı?İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) tərəfindən "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC (Cəmiyyətlər) barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə iş qaldırılıb.

Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən qurumlar cərimələnib. Ancaq "Aztelekom" qəbul edilən bu qərarın əsassız olduğunu bəyan edib:

"Qərarın bu hissəsinin və göstərişin mövcud qanunvericiliklə təzad təşkil etdiyi və əsassız olduğu qənaətindəyik. Belə ki, AİBNDX-nın mövqeyinə əsasən, Cəmiyyətlərin Tarif (qiymət) Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdiyinin iddia edilməsinə baxmayaraq, Cəmiyyətlər tərəfindən qiymətləri tənzimlənmiş xidmətlər Tarif Şurası tərəfindən qiyməti tənzimlənən xidmətlərə heç bir halda aid deyil. Belə ki, Cəmiyyətlər tərəfindən qeyd edilmiş xidmətlərin təqdim edilməsində kanalyaradıcı avadanlıqlardan istifadə edilməyib. Qeyd olunan məlumatlar və müvafiq sübutların işin araşdırılması zamanı da təqdim edilməsinə baxmayaraq, AİBNDX tərəfindən yuxarıda qeyd edilmiş qərar qəbul edilib".

Ətraflı
Açıqlamada daha sonra qeyd olunur ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC tərəfindən təqdim edilən xidmətlərə aid qiymətlər mövcud bazar konyukturasına və bazarda eyni xidmətləri təqdim edən digər sabit şəbəkə operatorlarının tətbiq etməkdə olduğu qiymətlərə uyğunlaşdırılaraq təyin edilib. "Qeyd olunanlar nəzərə alınmaqla, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş qərarın "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC tərəfindən mübahisələndirilməsi nəzərdə tutulub və bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəməyə müraciət olunacaq", – açıqlamada qeyd olunur.

Bəzi ekspertlər AİBNDX və sözgedən qurumlar arasında məhkəmə həddinə çıxan gərginliyi İqtisadiyyat naziri Mikayıl Cabbarovla Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında ciddi konfiliktin təzahürü olduğunu qeyd edirlər. Müşahidəçilərin qənaətinə görə, Rəşad Nəbiyevin nüfuz savaşından qalib çıxması mümkün görünmür. Çünki ortada Gömrük Komitəsi və digər nazirliklərdə Mikayıl Cabbarovun təşəbbüsü ilə baş vermiş genişmiqyaslı dəyişikliklər nümunəsi var.

Qarşıdakı dövrdə "super nazir"in təklifi ilə "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) ciddi islahatların aparılacağı gözlənilir. Ekspertlər bu halda M.Cabbarovun Rəşad Nəbiyev üzərində qəti qələbə çalacağını düşünürlər.

Qeyd edək ki, AZAL-ın hava nəqliyyatında yaratdığı bahalıq, monopoliya ölkədə ciddi narazılıq doğurur. Cəmiyyətin ən müxtəlif təbəqələri Dövlət Konsernin soyğunçuluğuna son qoymağı tələb edirlər. Bu sahədə ciddi dəyişikliklərin aparılması heç şübhəszi geniş ictimai dəstək və təqdir qazanacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5055   Tarix: 15 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr
.

AzTV 1 milyon manatlıq nə alır?

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən televiziya avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması ilə bağlı tender elan edilib. -ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 188 min manat təşkil edir. Satınalma çərçivəsind

6 oktyabr
.

Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda 35 yaşlı həmvətənimiz qətlə yetirilib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, hadisə dünən rayonun Nəzərli kəndində qeydə alınıb. 35 yaşlı Araz Yusubov soyuq silahla öldürülüb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatın

5 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr
.

Bakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?

Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd

6 oktyabr
.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb

"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb

5 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

AQTA qida təhlükəsizliyinə nəzarətdə süni intellektdən istifadə edəcək

Qida təhlükəsizliyinə nəzarətdə yeni texnologiyalardan istifadə genişləndiriləcək. 2027-2032-ci illər üçün Dövlət Proqramında qida zəncirinə nəzarətin daha rəqəmsal və risk əsaslı modelə keçirilməsi, informasiya sistemləri arasında inteqrasiyanın artırılması və süni intellektdən istifadə nəzərdə tutulub

5 oktyabr