Sənədsiz evlər problemi əmlakın icbari sığortası məsələsini qəlizləşdirir: Çıxış yolu nədədir?

Sənədsiz evlər problemi əmlakın icbari sığortası məsələsini qəlizləşdirir: Çıxış yolu nədədir?Əmlakın icbari sığortası məsələsi yenidən gündəmdədir. Cərimələrin tətbiq ediləcəyi bildirilir. Lakin sənədsiz evlər problemi bu məsələni daha da qəlizləşdirir.

İyunun 1-dən əmlakını sığorta etməyənlərin cərimələnəcəkləri barədə xəbərlər yayılsa da, təsdiqini tapmadı. Vətəndaşların əksəriyyəti isə hələ ki, könüllü şəkildə evlərini sığorta etməyə meyilli deyil. Bəs bu problem necə həll edilməlidir? Məlumat üçün bildirək ki, daşınmaz əmlakın icbari sığortası illik Bakı ərazisində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda 25 min manatdır. Digər yaşayış məntəqələrində bu məbləğ 15 min manat müəyyən olunub.

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik.

Dövlət bu istiqamətdə yumşaq siyasət yürüdür

Sığorta mütəxəssisi İlkin İbrahimov deyir ki, "İcbari sığorta haqqında" qanun 2011-ci ildən qüvvədədir. Mütəxəssisin sözlərinə görə, qanunla hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir: "Sadə dildə desək, daşınmaz əmlakınız varsa, məcburi şəkildə sığortalamalısınız. Etməsəniz, İnzibati Xətalar Məcəlləsində sanksiya nəzərdə tutulub. Sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əks təqdirdə, bu müddətdən sonra yenidən cərimələnir. Lakin onun tətbiqi üçün inzibati protokolun forması yoxdur. Əgər bizə cərimə tətbiq edirlərsə, mütləq hansısa sənəd əsasında olmalıdır. Hazırda isə o sənədin nümunəsi yoxdur. Bunu da Nazirlər Kabineti təsdiq etməlidir. Yəni, dövlət bu istiqamətdə yumşaq siyasət yürüdür. Hələlik, cərimə tətbiq etməyə lüzum görmür".

İlk növbədə sənədsiz evlərin taleyi bəlli olmalıdır

Sual olunur, əgər daşınmaz əmlakın icbari sığortası məcburidirsə, İnzibati Xətalar Məcəlləsində sanksiya nəzərdə tutulubsa, cərimə etmək üçün protokol forması nə üçün hazırlanmır? Mütəxəssis vurğulayır ki, bunun səbəbi sənədsiz evlərin çox olmasıdır: "Ölkəmizdə 1 milyona yaxın daşınmaz əmlakın sənədləri yoxdur. Bu məsələ çox həssasdır. Digər tərəfdən, iyunun 1-dən İcbari Sığorta Bürosu bəyan etdi ki, Əmlak Məsələləri Dövlət Xidməti arasında elektron mübadilə həyata keçirilməyə başlayıb. Yəni, İcbari Sığorta Bürosu artıq sığortasız evlərin siyahısını görür. Bu məsələdə bir addım qalır, o da sığorta etməyənləri cərimələmək. Cərimə tətbiq edəcək orqan nə İcbari Sığorta Bürosu, nə Əmlak Xidməti, nə də Mərkəzi Bankdır. Müvafiq yerli icra hakimiyyəti orqanları, yaxud nümayəndəlikləri protokol tərtib etmək səlahiyyətinə malikdirlər. Lakin onlar da hələ ki, gözləyirlər. Çünki sənədli evləri cərimələyib, digərləri haqqında heç bir tədbir görülməməsi ədalətli deyil. Dövlət bunu nəzərə alır. İlk növbədə sənədsiz evlərin taleyi həll olunmalıdır, sonra cərimə məsələsi müəyyənləşməlidir".

Sığorta şirkətlərinə etimad yoxdur

Ekspert deyir ki, iyunun 1-dən cərimələnmənin olacağı haqqında məsələnin gündəmə gətirilməsi manipulyasiya idi: "12 ildir bu məsələlərə görə inzibati protokol yazılmır. Lakin ötən aydan etibarən kütləvi informasiya vasitələrində manipulyasiya mahiyyəti daşıyan çıxışların şahidi olduq. Sığorta şirkətləri sosial şəbəkələrdə insanlara cərimələnəcəkləri ilə bağlı çağırışlar edirdilər. Burada qanunsuzluq yoxdur. Onlar öz üsulları ilə vətəndaşları əmlaklarını sığortalamağa təşviq edirlər. Təəssüflər olsun ki, sığorta şirkətləri vətəndaşlarla öz aralarında etimad yarada bilməyiblər. Ona görə də vətəndaşlar sığorta etməyi düşünmürlər. Şirkətlər də çıxış yolunu cərimədə görürlər. Amma sığorta şirkətləri daha yaxşı formada sığorta kompensasiyaları verməklə, normal xidmət göstərməklə inam qazana bilərdilər. Təəssüf ki, hələ də vətəndaşların incidildiyi məqamlar var". Sığorta edənlərin narazı qaldığı məqamlar Mütəxəssis deyir ki, vətəndaşları təşviq etmək üçün daha yaxşı ideyalar ortaya qoyulmalıdır: "Məsələn, eviniz sığortalanıb və sığorta hadisəsi baş veribsə, sığorta şirkətinə müraciət edirsiniz. Sənədlərin siyahısı "İcbari sığortalar haqqında" qanunun 17-ci maddəsində qeyd olunub. Amma o siyahıda "digər arayışlar da istənilə bilər" adlı qeyd var. Bu hissədə sığorta şirkəti ürəyi istədiyi qədər vətəndaşdan arayış tələb edə bilər. Bu zaman vətəndaş ödənişini alana qədər get-gələ salınır. Bu məsələnin həll yolu üçün nə Mərkəzi Bank, nə də sığorta şirkətləri normal ideyalar vermirlər. Müştəri qazanmaq üçün ən yaxşı üsul keyfiyyət və xidmətdə razılıqdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 742   Tarix: 16 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bəzi şəxslərə pulsuz hüquqi yardım göstəriləcək

Azərbaycanda bir sıra şəxslərə pulsuz hüquqi yardım göstəriləcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Pulsuz hüquqi yardım haqqında" Qanunda əksini tapıb. Qanun layihəsinə əsasən, pulsuz hüquq

5 oktyabr
.

"WhatsApp"da yeni funksiya

"WhatsApp" istifadəçilər üçün yeni funksiya təqdim edib. xəbər verir ki, yenilik sayəsində statuslarda paylaşılan videoları artıq 2x sürətlə izləmək mümkündür. Bu funksiya istifadəçilərə videolara adi sürətdən iki dəfə daha sürətli baxmağa imkan verir. Beləliklə, statuslarda paylaşılan vide

5 oktyabr
.

Qızlar "kişi peşələri"nə üz tutur: Əmək bazarında nələr dəyişəcək?

Son dövrlərdə peşə təhsilinə maraq göstərən qızların sayında artım müşahidə olunur. Əmək bazarında praktiki bacarıqlara və müxtəlif peşələr üzrə ixtisaslı kadrlara tələbatın yüksəlməsi, eləcə də peşə təhsilinin məşğulluq imkanları yaratması bu marağın artmasına təsir edən amillər sırasında göstəril

6 oktyabr
.

İnsanlar niyə qəddarlaşır? Hamilə iti pəncərədən atan şəxsin hərəkəti nəyi göstərir? - PSİXOLOQDAN AÇIQLAMA

Bakıda hamilə itin hündürmərtəbəli binanın pəncərəsindən aşağı atılması cəmiyyətdə ciddi narazılıq yaradıb. Heyvana qarşı bu cür amansız davranışın görüntülərinin yayılması bir daha insanlarda aqressiya və zorakılığın hansı həddə çata bildiyi sualını gündəmə gətirib. Bəs insanı heyvana qarşı bu qədə

5 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana qayıdıb

"Pakistanda üç nəfərin təcavüzünə məruz qalan azərbaycanlı Diana Bağıyeva nəhayət Pakistanı tərk edib və polisin müşayiəti altında Bakıya yola düşüb. xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri yazıb. Qeyd edilib ki, Diana Bağıyevanın oktyabrın 3-də Bakıya yola salınması planlaşdırılıb

5 oktyabr
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

5 oktyabr
.

"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ

"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim

6 oktyabr
.

Maaş və pensiyalar artacaq: Qiymətlər də bahalaşa bilər? - Ekspertdən AÇIQLAMA

Gələn il maaş və pensiyaların artırılması əhalinin gəlirlərinin yüksəlməsinə və alıcılıq qabiliyyətinin yaxşılaşmasına şərait yarada bilər. Bununla yanaşı, əhalinin gəlirlərinin artması istehlak tələbinin yüksəlməsinə səbəb olmaqla, təklifin tələbi tam qarşılamadığı halda bəzi məhsul və xidmətlərin qiymətlərin

6 oktyabr
.

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperatur

5 oktyabr