Yayılan səs yazısına görə cəzalandırılan direktordan daha bir şikayət - FOTO
Bakı şəhərində fəaliyyət göstərən 49 nömrəli "İntellekt" məktəb-liseyi ilə bağlı daha bir şikayət yayılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
İddia edilib ki, məktəbin direktoru Təhminə Əsədova orada xanədanlıq quraraq qohumlarını təhsil ocağına işə düzəldir, eyni zamanda, pul qarşılığında şagird yerini satır. Nəticədə orada təhsil almaq istəyən şagirdlər kənarda qalırlar.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 49 nömrəli məktəb-liseyin direktoru haqqında qeyd edilən məsələ ilə əlaqədar idarə tərəfindən müvafiq araşdırma aparılır:
"Araşdırmanın nəticələri barədə məlumat veriləcək. Qeyd olunan şagird təhsilini öz sinfində davam etdirəcək".
Qeyd edək ki, bu ilin fevral ayında da 49 nömrəli "İntellekt" məktəb-liseyinin ingilis dili müəllimi Könül Həsənova rəhbərlik etdiyi sinfin valideyn qrupuna səs ataraq, valideynlərdən pul tələb edib.
BŞTİ tərəfindən aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.
Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1097 Tarix: 18 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricə
6 oktyabr"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ
"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim
6 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5
6 oktyabrBakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?
Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd
6 oktyabr