Dövlət Komitəsi pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təkliflər hazırlayıb
"Komitə tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təkliflər hazırdır və hu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır".
Sonxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı seçkiliyin ləğv edilməsi komitəsi ilə BMT-nin Uşaq hüququları komitəsinin Azərbaycanla bağlı narahatlıq törədən tövsiyələrinin aradan qaldırılması üçün tədbirlər görülür:
"Pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı Komitə ilə Vəkillər Kollegiyası arasında imzalanan memoranduma əsasən biz onların üzərinə pulsuz hüquqi yardım göstərmək öhdəliyi qoymuşuq. Onlar bu istiqamətdə əllərindən gələni edirlər. Lakin məhkəməyə müraciət müəyyən vəsait tələb edir. Düşünürük ki, bu məsələnin köklü həlli qadınları pulsuz hüquqi yardımın göstərilməsi məsələsinin qanunvericiliklə tənzimlənməsidir".
"Biz tam pulsuz hüquqi yardıma nail olmaq üçün aidiyyəti qurumlara müraciət etmişik ki, onlar da öz təkliflərini hazırlasınlar. Çünki prosesə yanaşma müxtəlif qurumlar tərəfindən fərqli aspektlərdən aparılır. Yekunda biz mütləq bu prosesin müsbət həllinə nail olacağıq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 792 Tarix: 19 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evinin həyətində cərəyan vurub öldürdü
Ağstafada ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb. Faktl
27 aprelBakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq
Bakıda aprelin 28-də hava yağmursuz olacaq, rayonlarda isə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər
27 aprel2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb. Belə ki, Astara rayonunun 199-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi "QAZ-66" markalı yük avtomobili il
27 aprelSüd BAHALAŞACAQ
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur. Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətl
26 aprelMəzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli
27 aprelStilisti öldürən şəxslə bağlı YENİ QƏRAR
Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şikayət təmin edilməyib. İttiham
27 aprel