"Media və dini təhlükəsizlik" mövzusunda konfrans keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunmuş "Media və dini təhlükəsizlik" mövzusunda konfrans keçirilib.
Sonxeber.az xəbər verir ki, tədbirdə millət vəkilləri, Dövlət Komitəsi və media orqanlarının rəhbər şəxslərinin, habelə dini icma və digər ictimaiyyət nümayəndələri iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın önəminə toxunub:
"Azərbaycan müsəlman dünyasının bir parçasıdır. Dini baxımdan təhlükəsizlik tamamilə təmin olunub. Ölkəmizdə dövlət-din modeli Azərbaycan Konstitusiyasında əksini tapıb. Bu gün Azərbaycanda müxtəlif dini konfessiyalar bir arada yaşayır. Azərbaycan mediasında dini mövzularla bağlı həyata keçirilən işləri yüksək qiymətləndiririk. Din ideologiya deyil, siyasətdən də ayrıdır. İslam dini ən yüksək səviyyədə insanlar arasında münasibətlərin olmasını təşviq edir. Dindən sui-istifadənin qarşısını almağın ən vacib rolu dini olduğu kimi çatdırmaqdır. Burada medianın rolu əvəzsizdir. Media insanlar arasında kommunikasiya rolunu oynayır".
Tədbirdə Mətbuat Şurası sədrinin müavini, BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu "Mediada dini mövzularda manipulyasiyalar" mövzusunda təqdimatla çıxış edib.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında "Media və dini təhlükəsizlik" mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 763 Tarix: 19 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah intensiv yağış yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 6-dan 7-nə keçən gecə və səhər saatlarında yağışın intensivləşəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə qısamüddətə güclü olacağı ehtimalı var. Günün ikinci yarısından yağış tədricə
6 oktyabr"Texnologiya müəllimi əvəz edə bilməz" - Reyhan Rzayeva ilə MÜSAHİBƏ
"Texnologiya müəllimin fəaliyyətinə təsir göstərir və düşünürəm ki, gələcəkdə də daha çox təsir göstərəcək. Belə deyək ki, texnologiyadan istifadə etmək lazımdır, vacibdir. Sadəcə, texnologiya müəllimi əvəz edə bilməz". Bu fikirləri -a müsahibəsi zamanı 207 nömrəli məktəbin ingilis dili müəllim
6 oktyabrAzərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. APA-ya istinadən xəbər verir ki, b
5 oktyabrElgiz bağ evini nümayiş etdirdi - (Video)
Tele-aparıcı Elgiz Əkbər bağ evindən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb. Bizim.Media xəbər verir ki, videoda aparıcının bağda suvarma işləri apardığı görünür. Elgiz çəkdiyi və qulluq etdiyi ağacları da izləyicilərinə nümayiş etdirib. Aparıcı paylaşım zamanı izləyicilərinə sual ünvanlayara
5 oktyabrQeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı yeni detallar
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyat
6 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb. Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5
6 oktyabrBakıda kirayə evlər bahalaşır: Tələbələr üçün hansı ərazilər münasibdir?
Yeni tədris ilinin başlaması ilə Bakıda kirayə mənzil bazarında ənənəvi mövsümi canlanma müşahidə olunur. Xüsusilə bölgələrdən paytaxta gələn tələbələrin mənzil axtarışlarının artması 1 və 2 otaqlı, metroya və ali təhsil müəssisələrinə yaxın mənzillərə tələbi yüksəldir. Tələbin artması fonunda bəzi ərazilərd
6 oktyabr