Azərbaycanda tanınmış alim vəfat etdi
Tanınmış geomorfoloq alim, Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə institutdan məlumat verilib.
Qeyd edək ki, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu il-də Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu "Sənaye və mülki tikinti" ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə qəbul olub və 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirib. 1974-1975-ci illərdə Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçib və hərbi xidmətdə olub.
1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olub, 1988-ci ildə "Kiçik Qafqazın çay dərələrinin inkişaf tarixi və formalaşma xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə edərək geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1968-ci ildən etibarən Coğrafiya İnstitutunun "Geomorfologiya" şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən başlayaraq Geomorfologiya və təbii risklər şöbəsinə rəhbərlik edib.
Çoxsaylı elmi hesabatların, müxtəlif məzmunlu xəritələrin, eləcə də Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 60-dan artıq məqalənin müəllifidir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapib. Coğrafiya İnstitutunun Elmi Şurasının üzvü olub. Fəal elmi fəaliyyəti ilə Azərbaycan geomorfologiya elminin inkişafına vicdanla xidmət edib. Çöl-ekspedisiya tədqiqat işlərinin təşkilatçısı və rəhbəri olub.
Allah rəhmət eləsin!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1169 Tarix: 19 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik
6 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabr