BDU-nun tədris korpusunun təmirinə nə qədər vəsait xərclənəcək? - VİDEO
46 yaşlı binanın üz aqlay daşları sökülür. Pəncərədən qapıya, döşəmədən tavana kimi hər şey yenidən qurulur.
Sonxeber.az xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Bakı Dövlət Universitetinin (BDU) Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbədən ibarət iki saylı tədris binasından gedir.
Təmiri həyata keçirilən binanın görüntüləri sosial şəbəkələrdə paylaşılaraq sərt tənqid edilib. Bildirilib ki, illər öncə səliqəsiz tikilən, ilk baxışdan təhlükəsizlik normalarına cavab vermədiyi təəssüratını yaradan binanın təmirinə vəsait xərcləmək düzgün deyil.
İddialara görə, binanın əsaslı təmirinə 10 milyon 950 min 396 manat xərclənəcək. Maraqlıdır bu qədər xərc aparan binanın yeni görünüşündə nə dəyişəcək? Sözügedən vəsait hansı istiqamətə xərclənəcək?
Müzakirələrə səbəb olan korpusun təmirini aparan şirkətin nümayəndəsi Murad Əlilinin sözlərinə görə, söküntü zamanı ortaya çıxan görüntünün inşaata müsbət təsiri çoxdur.
Murad Əlili əlavə edib ki, hazırda bünövrədə bərkitmə işləri aparılır: "Drenaj xətləri qoyulacaq. Bütün kommunikasiya xətləri dəyişəcək. Bundan başqa, tədris ocağının 1977-ci ildən bağlı qalan təxliyə pilləkən qəfəslərinin bəzi qapıları və binanın 5 lifti yenilənib, sanitar qovşaqlarının sayı artırılıb. Çardaq yenilənib, binanın konstruktiv elementləri qorunub saxlanılmaqla, tavandan döşəməyə qədər sökülüb".
Səsləndirilən rəqəmlərə gəlincə, şirkət rəsmisi bununla bağlı açıqlama vermək səlahiyyətində olmadığını qeyd edib.
BDU rəhbərliyindən isə tenderin qalibi olan şirkət tərəfindən təmir işlərinin keyfiyyətli səviyyədə aparıldığı bildirildi. Tədris korpusunun sentyabr ayında təhvil veriləcəyi gözlənilir.
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 814 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik
6 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabr