DSX rəisinin yeni müavini kimdir? - DOSYE
Bu gün Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətinin rəis müavini təyin olunub.
Rəsul Afiq oğlu Tağıyev 18 avqust 1976-cı ildə anadan olub.
Rəsul Tağıyev 2004-cü ildə "Hərbi xidmətlərə görə", 2005-ci ildə "Vətənə xidmətə görə", 2010-cu ildə "İgidliyə görə", 2012-ci ildə "Azərbaycan Bayrağı", 2013-cü ildə II dərəcəli "Vətənə xidmətə görə", 2016-cı ildə I dərəcəli "Vətənə xidmətə görə", 2019-cu ildə III dərəcəli "Rəşadət", 2020-ci ildə "Zəfər" orden və medalları ilə təltif edilib.
2018-ci ildə general-mayor, 2022-ci ildə general-leytenant ali hərbi rütbəsi verilib.
Vətən müharibəsi başlayan zaman Rəsul Tağıyev Dövlət Sərhəd Xidmətində Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi olub. O, Cəbrayıl və Zəngilanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərə komandanlıq edənlərdən biri, habelə cənub cəbhəsinin ən hündür 2 zirvəsi - Bartaz və Şükürataz yüksəkliklərinin işğaldan azad edilməsi üzrə hərbi əməliyyatların rəhbəri olub, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" medallarını alıb.
O, Bakının Azadlıq meydanında keçirilən hərbi paradlardan 2-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularından ibarət parad heyətinə rəhbərlik edib - biri 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən paradda polkovnik hərbi rütbəsində, digəri isə 2020-ci il dekabrın 10-da Vətən müharibəsində əldə edilən zəfər münasibətilə keçirilən hərbi paradda general-mayor ali hərbi rütbəsində.
17 iyul 2021-ci ildə Rəsul Tağıyev Dövlət Sərhəd Xidməti Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsindən azad edilərək Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.
BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2133 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik
6 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabr