Toy karvanında avtoxuliqanlıq etdi - Polis saxladı - FOTO
Ağstafada narkotik vasitənin təsiri altında taksi fəaliyyəti göstərən və toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb
Bu barədə Sonxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktiki-monitorinq tədbirləri keçirib. Tədbir zamanı konstruksiya dəyişikliyi, təhlükəsizlik kəmərindən istifadə etməmə, dayanma-durma və s. qayda pozuntularına yol verilən sürücülər barəsində qanuna müvafiq tədbir görülüb.
Sürücülərlə profilaktiki söhbətlər aparılaraq onlara Yol Hərəkəti haqqında qanunun tələbləri xatırladılıb və bildirilib ki, qaydalara riayyət edərək sürücülər həm özlərinin həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etsinlərlər. Kobud qayda pozuntularına yol verən 30-a yaxın sürücü barəsində inzibati qaydada tədbir görülüb, bir neçə avtomobilin istismarı dayandırılaraq duracağa təmin edilib. Polis əməkdaşları piyadalar ilə bağlı da müvafiq tədbirlər həyata keçirib. Beləki yolun qadağan olan hissəsindən qarşıya keçən piyadalar müəyyən olunaraq, profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb.
Monitorinq zamanı hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü Eyvaz Namazov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Tibbi müayinə zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunan E.Namazov barəsində tərtib olunan protokol baxılması üçün məhkəməyə göndərilib.
Bundan başqa araşdırmala zamanı araşdırmalarla Aqşin İsmayılovun özünə məxsus "VAZ" markalı avtomobil illə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 890 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik
6 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabr