"Mətbuatımızın 148 illik inkişaf yolu bizim qürur mənbəyimizdir" - Deputat
Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 148 ili tamam olur.
Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, mətbuatımızın 148 illik tarixi inkişaf yolu bizim qürur mənbəyimizdir:
"1875-ci il iyulun 22-də əsası qoyulan "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız keçən dövr ərzində böyük inkişaf yolu keçib.
1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə mətbuatın üzərindəki dövlət senzurasını ləğv etməsi mətbuatın inkişafına ciddi təkan verdi. Zamanında ulu öndərin mətbuata və media nümayəndələrinə göstərdiyi qayğı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub".
Deputat vurğulayıb ki, mətbuatımızın inkişafı ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən kifayət qədər sərəncamlar və fərmanlar imzalanıb:
"Bu gün çap mətbuatı ilə yanaşı həm də elektron mediada inkişaf etməkdədir. Əlbəttə bu sərəncamlar və fərmanlar müstəqil mətbuatın inkişafında müstəsna əhəmiyyət kəsb edir. Cənab prezidentin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyinin yaranması və zamanla ayaqlaşan Media Haqqında Qanun qəbul olunması Azərbaycan mediasının inkişafında müstəsna rol oynamaqdadır. Bu gün rahat şəkildə deyə bilərik ki, ölkəmizdə peşəkar mətbuat formalaşıb. Bu gün cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil. Qarşıdan gələn Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, gələcək işlərində uğurlar arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1074 Tarix: 20 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrAzərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb
Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar
4 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət tədbirləri davam etdirilir. Bu barədə -a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı nəqliyyat vasitələrinin texnik
6 oktyabrSabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan 17 yaşlı yeniyetmə 14 yaşlı qızı evlənmək məqsədi ilə qaçırıb. Oktyabrın 1-də bu barədə Sabirabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan müraciət üzrə onla
6 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabr