Ukraynalı atıcı: "Atışa başlayanda tribunalardan bu cür dəstək görəcəyimizi gözləmirdim"
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında dairəvi stend atıcılığının qarışıq komanda növündə gümüş medal qazanmış Mikola Milçevlə İrina Maloviçka mətbuata müsahibə veriblər:
- Sizi Azərbaycanda görməkdən məmnunuq. Siz də kifayət qədər xoşbəxt görünürsünüz.
- M.M.: Azərbaycana ilk səfərimiz deyil. Bir neçə dəfə burada olmuşuq. Onu deyim ki, hər dəfə böyük məmnunluq hissi ilə buraya gəlirik.
- Dünya çempionatı ilə bağlı təəssüratlarınız necədir?
- M.M.: İndiyə qədər bir çox dünya çempionatlarında iştirak etmişəm. Açıq deyim, heç yerdə bu cür təşkilatçılıq görməmişəm. Bu, əksər ölkələr üçün əsl nümunədir. Bakıda hər şey fenomenal şəkildə təşkil olunub. Təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, yarışlar başladığı kimi də başa çatacaq.
- Tribunalarda sizi xeyli sayda azərbaycanlı dəstəkləyirdi. Bu, sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- İ.M.: Açığı, atışa başlayanda tribunalardan bu cür dəstək görəcəyimizi gözləmirdim. Yarışın gedişində azarkeşlərin səsini eşitməyə başladıq. Bu cür dəstək bizə əlavə motivasiya və özünə əminlik verdi. Hər birinə təşəkkür edirəm.
- Yarışın əvvəlində atışlarınız dəqiq idi, hətta 3-qat olimpiya çempionu olan rəqibiniz Vinsent Hankoku üstələyirdiniz. Sona yaxın büdrəməyinizə nə səbəb oldu?
- M.M.: Belədir, bəzən alınır, bəzən də yox. Bir çox faktorlar səbəb ola bilər. Mübarizə indi başa çatıb. İsti başla söz demək çətindir. İmkan olan kimi analiz edib, harada səhvə yol verdiyimizi müəyyənləşdirəcəyik. Bəlkə də "qızıl"ı daha çox istəməyimiz bizi "yandırdı".
- İki epizodda tribunalara baxıb, başınızdakı papağı çıxardınız. Bunun xüsusi səbəbi vardı, yoxsa təşəkkür növüdür?
- M.M.: Tribunadan bizə möhtəşəm dəstək gəlirdi. Bu jesti etməklə azarkeşlərə təşəkkür etdim. Onlar da jestimi alqışla qarşıladılar.
- Məşhur azərbaycanlı atıcımız Zemfira Meftahətdinova Sidney-2000 olimpiadasında qızıl medal qazanmışdı. Siz də həmin vaxt eyni uğura sevinmişdiniz. Zemfira xanımla münasibətiniz var?
- M.M.: Əlbəttə. Həm də çox yaxşı münasibətə sahibik. O, bizim ən yaxın dostlarımızdan biridir və biz onu çox sevirik.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1105 Tarix: 20 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabr"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır
İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy
17 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr